FinCERT-in missiyası
Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (FinCERT) missiyası maliyyə bazarının kibertəhlükəsizlik səviyyəsini və dayanıqlılığını gücləndirməkdir. Bu məqsədlə FinCERT-in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
FinCERT maliyyə bazar iştirakçılarına təsir edən kibertəhlükəsizlik insidentləri barədə məlumatların mərkəzləşdirilmiş formada toplanmasını və vaxtında paylaşılmasını təmin edir.
FinCERT bu istiqamətdə:
FinCERT daxil olan məlumatları analiz edərək insidentlərin əsas səbəblərini müəyyənləşdirir, onların maliyyə sektoruna təsirini qiymətləndirir və müvafiq tərəflərin uyğun tədbirlər görməsini təmin etmək üçün operativ məlumat mübadiləsini və istiqamətləndirici tövsiyələrin təqdim olunmasını təmin edir.
FinCERT maliyyə bazarı iştirakçıları, CERT-lər və digər maraqlı tərəflər arasında koordinasiyanı təmin etməklə insidentlərə cavab proseslərini vahid formada təşkil edir. Bu koordinasiya nəticəsində sektor üzrə daha sürətli və effektiv reaksiya göstərilir, maliyyə sisteminin dayanıqlılığı artırılır.
FinCERT eyni zamanda:
FinCERT-in fəaliyyət istiqamətlərindən biri də maliyyə sektorunu hədəfləyən kibertəhdidlərin proaktiv şəkildə aşkarlanması və onların mümkün nəticələrinin qarşısının alınmasıdır. Bu çərçivədə FinCERT müxtəlif məlumatların toplanması və təhlili mexanizmlərindən istifadə etməklə yeni və yaranmaqda olan təhdidlərin identifikasiyasını həyata keçirir, onların maliyyə institutlarına potensial təsirlərini qiymətləndirir və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi üçün iştirakçıları vaxtında məlumatlandırır.
Bu fəaliyyət nəticəsində maliyyə sektoru üzrə risklərin əvvəlcədən müəyyən olunması təmin edilir, bazar iştirakçılarının insidentlərə hazırlıq səviyyəsi artırılır və ümumi kiberdayanıqlılıq gücləndirilir.
Elektron poçt: fincert@cbar.az
Daxili nömrə: +994124931122 (dax:8200)
Yüksək kateqoriyalı insidentlər üzrə hesabatların nəzarət subyektləri tərəfindən Mərkəzi Banka göndərilməsi üçün Mərkəzi Bankın “Vahid Elektron Hesabatlılıq Portalı” istifadə olunmaqdadır.
Link: https://portal.e-cbar.az/