HomeSiteMapTwitter
Heydər Əliyev 90 il - 32.3 t / unsiya qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı 1000 manat olan qızıl yubiley pul nişanı tədavülə buraxılmışdır. 


Yubiley pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunmuşdur.


Yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilmişdir.


Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili 

2013
Nominalı 1000 manat
Metalı Au 999.9
Çəkisi 32.3 unsiya (1005qr)
Diametri 100 mm
Keyfiyyəti Pruf
Buraxılış limiti5 ədəd