Nömrə: 03/2017
Müəllif(lər): Fuad Məmmədov, Şaiq Adigözalov
Dil: İngilis dili
Tarix: 15 mart 2017-ci il
Xülasə: Bu məqalədə biz neft bazarında dalğalanmaların neftlə zəngin ölkələrin (22 ölkə) makroiqtisadi stabilliyinə təsirinin azaldılmasında fiskal qaydaların rolunu struktur panel vektor avtoreqressiya metodologiyası ilə empirik olaraq tədqiq etmişik. Tədqiqatın əsas nəticələrini aşağıdakı kimi qeyd edə bilərik: i) neft ixrac edən inkişaf etməkdə olan ölkələr müsbət neft tələb şokuna protsiklik reaksiya verirlər; 2) dövlətlərin neft bazarı şoklarına reaksiyaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir; 3) fiskal qaydaların hamısı eyni zamanda tətbiq edildiyi zaman fiskal qaydalar neft şoklarını həzm edə və fiskal intizam yarada bilər; 4) həmçinin, sərvət fondlarının büdcənin stabilləşdirilməsində rolunun zəif olduğunu müəyyənləşdirə bildik.
Açar sözlər: Fiskal qayda, struktur panel VAR, neft şokları
JEL təsnifatı: C12, C22, C23, E62