Nömrə: 04/2017
Müəllif(lər): Vüqar Əhmədov, Ülvi Sərkarlı, Ramiz Rəhmanov
Dil: İngilis dili
Tarix: 5 dekabr 2017-ci il
Xülasə: Tədqiqat işində 2003-2015-ci illəri əhatə edən dövr üzrə Struktur Büdcə Balansının (SBB) hesablanması metodologiyasından istifadə edilərək Azərbaycan, Qazaxıstan və Rusiyanın fiskal siyasəti təhlil edilir. SBB neft gəlirlərinin daimi komponentini nəzərə alır, bu səbəbdən fiskal siyasətin ixtiyari mövqeyini ve məcmu tələbə təsirini aydın izah edir. Təhlil olunan dövrün əksər hissəsində Azərbaycan və Rusiyanın struktur fiskal balansında kəsir müşahidə olunmuşdur. Qazaxıstanın balansı orta səviyyədə profisitli olmuşdur. Hesablanmış struktur büdcə balansları Rusiya və Qazaxıstanda fiskal siyasətin əsasən pro-tsikllik olduğunu göstərir. Azərbaycan təhlil olunan dövrün yarısında kontr-tsikllik fiskal siyasət həyata keçirmişdir. Bundan başqa, müvafiq ölkə hökumətləri qlobal maliyyə böhranı səbəbindən 2009-cu ildə makroiqtisadi sabitliyə daha çox əhəmiyyət vermişlər.
Açar sözlər: fiskal siyasət, struktur büdcə balansı, neftlə zəngin ölkələr, Azərbaycan, Qazaxıstan, Rusiya
JEL təsnifatı: E62, H60