Nömrə: 05/2017
Müəllif(lər): Ceyhun A. Abbasov
Dil: İngilis dili
Tarix: 20 dekabr 2017-ci il
Xülasə: İşdə müflis olmanın proqnozlaşdırılması üçün 835 şirkətin 10 maliyyə əmsalı (bu müəssisələrdən 48-i müflis olmuş, 787 şirkət isə fəaliyyətdə olan şirkətlərdir) istifadə edilmişdir. Müəssisələrin maliyyə levereci, kapital dövriyyəsi, nəğd vəsait və s. xüsusiyyətləri üzrə hər bir qrup üzrə bir maliyyə əmsalı götürülməklə bu əmsalların müxtəlif kombinasiyaları əsasında 16 Z-kəmiyyəti modeli qiymətləndirilmişdir. Təəssüf ki, seçilmiş müəssisələr üzrə qurulmuş modellərin proqnozlaşdırma gücü zəif alınmışdır. Bununla bərabər ayrı-ayrı Z-kəmiyyəti modellərində hər bir maliyyə xüsusiyyəti üzrə mövcud olan maliyyə əmsalları ayrılıqda model dəyişənləri kimi istifadə edilmiş (məsələn; X3 – nəğd vəsaitlər/Cəmi aktivlər, X6 – nəğd vəsaitlər /Satışlar) və müəyyən edilmişdir ki, bu modellərin proqnoz gücünü dəyişmir. Bu nəticə analoji sahədə aparılmış bir çox tədqiqat işlərində də mövcud olmuşdur.
Açar sözlər: Kappa testi, Altman Z-kəmiyyəti modeli, Edmister Z-kəmiyyəti modeli, proqnoz qabiliyyəti, müflisləşmənin proqnozu
JEL təsnifatı: G33, C21