Mərkəzi Bank tərəfindən “Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib
05 avqust 2026-cı il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 avqust 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilmişdir. “Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.



















