Nömrə: 13/2014
Müəllif(lər): S.Hüseynov, R.Rəhmanov, Ş.Adıgözəlov
Dil: Azərbaycan dili
Tarix: 2014-ci il
Xülasə: Tədqiqat işinin məqsədi valyuta ehtiyatlarının optimal səviyyəsinin qiymətləndirilməsidir. Bu məqsədlə Frenkel və Yovanoviçın təklif etdiyi modeldə stoxastik proses istifadə olunur. Modeli qiymətləndirmək üçün tədiyə balansının tarazlığı ehtimal edilir. Şərtli dəyişən isə GARCH modeli əsasında qiymətləndirilmişdir.
Xarici valyuta ehtiyatların optimal səviyyədə olması Mərkəzi Banka makroiqtisadi sabitliyin qorunmasına və ehtiyatların səmərəli istifadəsinə imkan verir.
Açar sözlər: valyuta ehtiyatı, optimal səviyyə, makroiqtisadi sabitlik
JEL təsnifatı: E58, F32