Nömrə: 14/2014
Müəllif(lər): V.Əhmədov, R.Rəhmanov
Dil: İngilis dili
Tarix: 2014-ci il
Xülasə: Bu məqalədə sərvət effektinin Azərbaycan üzrə empirik analizi aparılmışdır. 2007-2013-cü illərin aylıq məlumatları əsasında Vektor təshihi modeli (VECM) metodologiyası tətbiq edilmişdir. Qiymətləndirmə nəticəsinə görə uzun müddətli dövrdə maliyyə sərvətinin elastikliyi 0.26 olmaqla statistik baxımdan əhəmiyyətli, daşınmaz əmlakın sərvət elastikliyi isə 0,05 olmaqla statistik baxımdan əhəmiyyətsizdir. Bundan əlavə, tədqiqat nəticələri göstərir ki, ev təsərrüfatlarının istehlaklarını uzunmüddətli tarazlıq səviyyəsinə uyğunlaşdırması üçün təxminən bir ay yarım vaxt lazımdır.
Açar sözlər: istehlak, daşınmaz əmlakın sərvət effekti, maliyyə sərvət effekti, postkeçid dövrü, Azərbaycan, Vektor təshihi modeli (VECM)
JEL təsnifatı: C32, D12, E21, E44