Nömrə: 02/2020
Müəllif(lər): Aygün Qarayeva, Nicat Quliyev, Zübeydə İmanova, Fəridə Vəliyeva
Dil: İngilis dili
Tarix: 28.12.2020
Xülasə: Tədqiqat Azərbaycanda cari əməliyyatlar balansı (CƏB) komponentlərinin əsas determinantlarının müəyyənləşdirilməsi və CƏB-in altkomponentlər səviyyəsində proqnozlaşdırma modelinin qurulması məqsədilə aparılmışdır. CƏB-in altkomponentləri müxtəlif makroiqtisadi dəyişənlərdən istifadə etməklə qiymətləndirilmişdir. Qiymətləndirmə məqsədilə 2003-2020-ci illər üzrə rüblük məlumatlardan istifadə edilmiş, növbəti il üçün proqnozlar əldə edilmişdir. Araşdırmada avtoreqressiv paylanmış gecikmə (ARDL) ekonometrik modelindən istifadə olunmuşdur. Proqnozlar neft qiymətləri, dövlət xərcləri və iqtisadi artımla bağlı müxtəlif fərziyyələrə əsaslanan 3 ssenari üzrə verilmişdir. Qiymətləndirmənin nəticələrinə görə, müxtəlif CƏB altkomponentlərindəki dəyişikliklərin əsas izahedici determinantları neft qiymətləri, neft hasilatı, dövlət xərcləri, qeyri-neft REM, əhali gəlirləri və müvafiq asılı dəyişənlərin gecikmələri olduğu təsbit edilmişdir. Model ümumilikdə CƏB komponentlərinin əsas determinantlarını müəyyənləşdirməyə və CƏB-in proqnozlaşdırılmasına imkan verir. Xüsusilə ticarət balansı komponentinin proqnozu yüksək dəqiqliyi ilə seçilir. Buna baxmayaraq, bir neçə altkomponent üçün proqnoz xətalarının yüksək olması proqnozlaşdırmanın dəqiqliyini azaldır.
Açar sözlər: cari əməliyyatlar balansı, ticarət balansı, proqnozlaşdırma, ARDL modeli
JEL təsnifatı: F1, F4