“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ödəniş təşkilatı ödəniş xidmətləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.
Ödəniş təşkilatı – Qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası istisna olmaqla, digər ödəniş xidmətlərini məcmu halda və ya ayrı-ayrılıqda göstərən hüquqi şəxsdir.
Ödəniş təşkilatları tərəfindən aşağıdakı növ ödəniş xidmətləri göstərilə bilər:
Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.
Lisenziya nömrəsi | ÖT-001 |
Lisenziya verilmə tarixi | 16.05.2024 |
VÖEN | 2007338631 |
Hüquqi ünvanı | AZ1025, Bakı ş, Xətai r, Xocalı pr, ev 37, Dəmirçi Tovver |
Əlaqə məlumatları | +99412 310 57 10; "www.odero.az" |
Lisenziya verilmiş fəaliyyət növü |
ödəniş əməliyyatının ekvayrinqi;
|
Əmtəə nişanı | "Odero" |
Müşahidə şurasının sədri | Ebiçlioğlu Fatih Kemal |
Müşahidə şurasının üzvləri | Sarıdal Hande Duysal Erkan |
Təkbaşına rəhbəri | Kartal Raşit |