Tender elanı
- Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsərrüfat və azqiymətli malların satın alınması üzrə elan edilmiş açıq tender, Tender komissiyasının 31 yanvar 2019-cu il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilmişdir.
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yenidən təsərrüfat və azqiymətli malların satın alınması üzrə açıq tenderin keçirilməsi elan olunur.
Tender proseduru 29 mart 2019-cu il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.
- Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iki nüsxə Azərbaycan dilində tender təklifi (tender təklifi 13 may 2019-cu il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- iddiaçıların son 2 (iki) il ərzində təsərrüfat və azqiymətli malların satışı sahəsində təcrübəsinin olması və əsas korporativ müştəriləri barədə məlumatlar. Son 2 (iki) il ərzində xidmət göstərilən müştərilərin adları və göstərilən işlərin açıqlaması verilməlidir;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
- İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 28 mart 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 12 mart 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
- Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
- Malların təqdim edilmə müddəti: satınalma müqaviləsi imzalandığı gündən sifariş əsasında 1 (bir) il müddətində.
- Qiymətləndirmə meyarları: maliyyə amili və korporativ müştərilərin sayı.
- Tenderdə iştirak etmək istəyən iddiaçılar Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov (Hüquq departamenti). Telefon: 493-11-22, daxili (428)
Zöhrab Səfərəliyev (İnzibati departament). Telefon: 493-11-22, daxili (101).
Tender komissiyası
05.02.2019