Lot 1: Azərbaycan Respublikasının Mərkəzi Bankında xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün elektrikli yükqaldıranların satın alınması;
Lot 2: Azərbaycan Respublikasının Mərkəzi Bankında xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün pulsayan maşınların satın alınması;
Lot 3: Azərbaycan Respublikasının Mərkəzi Bankında dizayner studiyası üçün fotoaparatın və onun linzasının satın alınması.
- tenderdə iştirak üçün ərizə (iştirak ediləcək satınalma predmeti dəqiq göstərilməklə);
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 23.08.2019-cu il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə dövlət orqanından arayış;
- iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu göstərilməklə) (Lot 1 və Lot 2 üzrə iştirak edən iddiaçılara münasibətdə);
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
Tenderin üzrə əlaqələndirici şəxs:
Nəsib Pənahlı, telefon: 493-11-22 (dax.tel:440, 384)
email: nasib_panahli@cbar.az.
Tender Komissiyası