Mərkəzi Bankın Çağrı mərkəzinin funksiyaları yenilənib
15 may 2024-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının Çağrı mərkəzinə yeni funksionallıqlar əlavə edilib. Belə ki, vətəndaşlara əks əlaqə və zəng sifarişi xidmətlərindən istifadə etmək imkanı təqdim olunub.
Əks əlaqə funksiyası:
- Müəyyən səbəblərdən dolayı vətəndaşların 966 Qaynar xətti ilə əlaqə saxlaması mümkün olmadıqda bu zənglər cavablandırılmayan zənglər olaraq qeydiyyata düşür və əməkdaşlar tərəfindən həmin vətəndaşlarla əks əlaqə yaradılır;
- Həmçinin vətəndaşlar Qaynar xəttə zəng etmədən, Mərkəzi Bankın +994 55-966-19-66 nömrəli “whatsapp” xidməti vasitəsilə geri əlaqə yaradılması üçün müraciət göndərə bilərlər.
Zəng sifarişi funksiyası:
- Vətəndaşlar Mərkəzi Bankın Qaynar xətti ilə əlaqə saxladıqları zaman 1 düyməsini seçməklə zəng sifarişi xidmətindən istifadə edə bilərlər.
Bu yeniliklər maliyyə xidmətləri istehlakçılarına və investorlarına göstərilən xidmətin daha da təkmilləşdirilməsi, eləcə də vətəndaş məmnunluğunun artırılması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, 966 Qaynar xətti həftənin iş günlərində saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərir.
15.05.2024