«TƏSDİQ EDİLMİŞDİR»
Azərbaycan Respublikasının
Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi
Əmr № 67
«19» noyabr 1999-cu il
Sədr ____________ H. Babayev
SƏNƏDLƏŞDİRİLMİŞ EMİSSİYA QİYMƏTLİ KAĞIZLARIN SERTİFİKATLARININ MƏCBURİ REKVİZİTLƏRİ
1. Sənədləşdirilmiş emissiya qiymətli kağızlarının məcburi rekvizitləri Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (bundan sonra – «qeydiyyat orqanı») tərəfindən “Qiymətli kağızlar haqqında” Azərbayjan Respublikasının Qanununun 8-ci maddəsinin 7-ci bəndinə əsasən müəyyən edilir.
2. Səhm sertifikatında aşağıdakı rekvizitlər göstərilir:
a) emitentin tam hüquqi adı və hüquqi ünvanı;
b) qiymətli kağızın adı – «səhm»;
v) səhmin nominal dəyəri;
q) səhmin kateqoriyası (adi və ya imtiyazlı);
d) səhmin dövlət qeydiyyat nömrəsinin yazılması üçün yer ;
e) səhmin buraxıldığı yer, tarix;
ə) səhmin seriyası, sıra nömrəsi;
c)həmin sertifikatla təsdiq edilmiş emitentin səhmlərinin sayı;
z) həmin dövlət qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş emitentin səhmlərinin ümumi sayı;
i) səhm alıcısının tam adını qeyd etmək üçün yer və ya səhmin təqdim edənə olduğu barədə qeyd;
y) səhm sahibinə verilən hüquqların siyahısı;
k)emitentin məsul şəxsinin imzası və emitentin möhürü;
l) səhm blankını istehsal edən müəssisənin adı.
3. Đstiqraz sertifikatında aşağıdakı rekvizitlər göstərilir:
a) emitentin tam adı və hüquqi ünvanı;
b) qiymətli kağızın adı – «istiqraz»;
v) istiqrazın nominal dəyəri;
q) dövlət qeydiyyat nömrəsinin yazılması üçün yer;
d) buraxılış tarixi;
e) tədavül müddəti;
ə) seriyası və sıra nömrəsi;
c) həmin dövlət qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş emitentin istiqrazlarının ümumi sayı;
z) həmin sertifikatla təsdiq edilmiş emitentin istiqrazlarının sayı ;
i)alıcının tam adını qeyd etmək üçün yer və ya istiqraz vərəqəsinin təqdim edənə olduğu barədə qeyd;
y)faizlərin dərəcəsi, faizlərin ödənməsi qaydası və müddəti (əgər emissiya prospektində və ya istiqraz vərəqələrinin buraxılış şərtlərində başqa şərtlər nəzərdə tutulmayıbsa);
k) istiqrazın ödənilməsinin qayda və şərtləri;
l) emitentin məsul şəxsinin imzası və emitentin möhürü;
m) istiqraz blankını istehsal edən müəssisənin adı.
4. Emitentlər müəyyən edilmiş zəruri rekvizitlərdən başqa, bu rekvizitlərə zidd olmayan mə’lumatları müvafiq qaydada əlavə olaraq göstərə bilərlər.
5. Đstiqraz vərəqəsinin sertifikatında əks olunmalı rekvizitlərin göstərilməsi buraxılış şərtlərinə uyğun olaraq dövlət və bələdiyyə qiymətli kağızlarına da şamil edilir.
6. Sertifikat blankının azı üç qoruyucu xüsusiyyəti olmalıdır.