Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və beynəlxalq təcrübədə mövcud olan ən son mühafizə elementlərinə malik 50 manatlıq kağız pul nişanının yeni versiyasını təqdim etmişdir. Yenilənmiş 50 manatlıq pul nişanı mövcud milli pul nişanlarımızın həsr olunduğu “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində “Təhsil və Gələcək” mövzusunu saxlamışdır.
Nominalı | 50 manat (2021) |
Rəngi | sarı |
Ölçüləri | 148 mm x 70 mm |
Dizayn mövzusu | təhsil və gələcək |