Vüsal Cavanşir oğlu Qurbanov
Mərkəzi Bankın baş direktoru1980-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə 2000-ci ildə bakalavr və 2004-ci ildə magistr dərəcəsindən məzun olmuşdur.
1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini və İdarə Heyətinin sədr müavini vəzifələrində çalışmışdır.
2019-cu ildən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifələrində işləmişdir.
2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.
2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.