
Sadiq Fərhad oğlu Axundov
Mərkəzi Bankın baş direktoru1991-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2012-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2015-ci ildə isə həmin universiteti “İnformatika” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisasında fəlsəfə doktoru proqramı üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlamış, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə “Amrahbank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir.
2024-cü ilin mart-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankında Sədrin ofisi departamentində məsləhətçi vəzifəsində işləmişdir. 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayınadək Mərkəzi Bankın İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir.
2026-ci ilin 1 may tarixindən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.