“Qiymətli kağızlar bazarı haqqında” Qanunun (bundan sonra – Qanun) 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətləri Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları tərəfindən Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya alınmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilən həcmdə və qaydada həyata keçirilir.
“İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”-nın 1.3-cü bəndinə əsasən banklar tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə yalnız Azərbaycan Respublikasının ərazisində ticarətə buraxılmış qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə Qanunun 30.3.1-ci və 30.4.1-ci maddələrində, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə Qanunun 30.3.6-cı maddəsində göstərilən investisiya xidmətləri (əməliyyatları) həyata keçirilir. Banklar tərəfindən Qanunun 30.4.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti yalnız Qanunun 30.3.1-ci maddəsi ilə müəyyən edilən investisiya xidməti çərçivəsində həyata keçirilir.
Banklar tərəfindən həyata keçirilən əsas və yardımçı investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır.
Əsas investisiya xidmətləri (əməliyyatları):
Yardımçı investisiya xidmətləri (əməliyyatları):
Lisenziya nömrəsi | İXB-01 |
Lisenziya verilmə tarixi | 07.05.2025 |
Hüquqi ünvan | Bakı, şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22 L |
Faktiki ünvan | Bakı, şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22 L |
Əlaqə məlumatları | (+99412) 404 43 43 www.xalqbank.az |
İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən struktur bölmənin rəhbəri | Quliyev Aydın Adil oğlu |