Ödənişlər real rejimdə birbaşa bank hesabları üzərindən icra olunur və dərhal hesablara işlənilir.
|
AniPay üzrə köçürmə və ödənişlər |
“AniPay” bütün ölkə ərazisi üzrə FİN, mobil nömrə, e-mail vasitəsilə ödəniş və köçürmə üstünlüyünü təqdim edir. Hər bir istifadəçi yadda saxlanılması çətin ödəniş rekvizitləri əvəzinə sadəcə qeyd edilən identifikatorlardan biri vasitəsilə bank əməliyyatlarını asanlıqla həyata keçirə bilər. Bu halda vəsait identifikatorla əlaqələndirilmiş bank hesabına mədaxil olunur. Beləliklə, istifadəçilər öz aralarında heç bir məxfi məlumat bölüşmədən rahatlıqla pul köçürmələri edə bilərlər. Əməliyyat zamanı qarşı tərəfin ad və soyadının göstərilməsi ilə alınan təsdiq yanlış hesaba köçürülmə riskinin də qarşısını alır. | |
“AniPay” mobil tətbiqi vasitəsi ilə təsərrüfat subyektləri və ictimai iaşə müəssisələrində mal və xidmətlərin dəyərinin “QR kod” vasitəsilə rahat və təhlükəsiz formada ödənilməsi mümkündür.
|
AniPay üzrə üstünlüklər |