Nömrə: 02/2015
Müəllif(lər): L.Yusifzadə, A.Məmmədova
Dil: İngilis dili
Tarix: 2015-ci il
Xülasə: Maliyyə dərinliyi maliyyə vasitəçilərinin iqtisadi artımı stimullaşdırmaqda iqtisadi agentlərə nə qədər yaxşı xidmət etdiyini tam əks etdirmir. Maliyyə və iqtisadi artım arasındakı əlaqənin ətraflı araşdırılması üçün maliyyə sisteminin əlçatanlıq (çıxış), səmərəlilik və sabitlik kimi digər göstəriciləri də nəzərə alınmalıdır. Məqaləmizdə maliyyə sektorunun inkişafının iqtisadi artıma təsirini araşdırmaq üçün dörd aspekti – maliyyə dərinliyi, maliyyələşməyə çıxış, səmərəlilik və maliyyə sabitliyini nəzərdən keçirmişik. Əldə etdiyimiz nəticələr göstərir ki, bu dörd parametrin təsiri maliyyə sektorunun inkişaf səviyyəsindən asılı olaraq dəyişir və tərs S-formalı funksiyaya malikdir.
Açar sözlər: Maliyyə vasitəçiləri, maliyyə inkişafı, iqtisadi artım, maliyyə dərinliyi, maliyyə əlçatanlığı, səmərəlilik, maliyyə sabitliyi
JEL təsnifatı: E44, O16