Nömrə: 08/2014
Müəllif(lər): S.Hüseynov, V.Əhmədov
Dil: İngilis dili
Tarix: 2014-ci il
Xülasə: Müstəqillik qazandıqdan sonra valyuta əvəzlənməsi MDB ölkələrinin siyasət dairələrində ciddi diqqətə səbəb olmuş, lakin son zamanlar bu nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Keçid dövrünün başlanğıc mərhələsində yüksək inflyasiya volatilliyi və kövrək iqtisadi sabitlik fonunda, insanların aktivlərini devalvasiya riskindən qorumağa çalışması dollarlaşma prosesini sürətləndirmişdir. Ancaq əvvəlki onillikdə dollarlaşma prosesi MDB ölkələrində, xüsusən də neftlə zəngin olan ölkələrdə istiqamətini dəyişmişdir. Rusiya və Qazaxıstanda müşahidə olunan əks dollarlaşma əməliyyatı digər neftlə zəngin MDB ölkəsində, yəni Azərbaycanda da müşahidə olunmağa başlamışdır. Bu tədqiqatda 2000-ci illərin ilk onilliyində Azərbaycan manatı ilə ABŞ dolları arasında valyuta əvəzetməsinin mövcudluğu empirik şəkildə araşdırılmış və neft qiymətinin yüksəliş illərindən sonra dollarlaşmada müşahidə olunan əks tendensiya ortaya çıxarılmışdır. Qiymətləndirmə nəticələri, son dövrlərdə yeni dedollarizasiya tendensiyasını və neft bumundan sonrakı illərdə milli valyutaya olan inamın artmasını ortaya çıxarır.
Açar sözlər: Valyuta əvəzlənməsi; Qeyri-xətti sistem GMM qiymətləndirməsi; Neftlə zəngin MDB ölkəsi
JEL təsnifatı: E41, E52, F31