Nömrə: 11/2014
Müəllif(lər): C.Abbasov
Dil: Azərbaycan dili
Tarix: 2014-ci il
Xülasə: Tədqiqat işi Z-kəmiyyəti metodunun maliyyə sistemi üçün tətbiqinin nəzəri-praktiki məsələlərinə həsr olunub. Aydındır ki, bankdan borc götürmüş hər hansı müəssisənin maliyyə durumu nə qədər yaxşı olarsa, bir o qədər də kredit riskləri azalmış olar. Bu baxımdan borc götürmək istəyən hər hansı bir müəssisənin durumunun proqnozlaşdırılması istənilən bank üçün çox vacib bir məsələyə çevrilir. Bunun üçün iqisadi ədəbiyyatda müxtəlif yanaşmalar mövcuddur. Biz bu yanaşmalardan ən geniş isifadə olunan Altman və Edmisterin metodologiyalarını seçmişik. Məqalə məhz bu müəlliflərin baxışlarına həsr olunub.
Açar sözlər: kredit riski, Z-kəmiyyəti yanaşması, Kappa testi.
JEL təsnifatı: G32