Nömrə: 09/2013
Müəllif(lər): Azər Ələsgərov, Nadir Ramazanov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Məqalənin əsas məqsədi post böhran dövrü üçün pul siyasətinin strateji çərçivəsi ilə bağlı düşüncələri nəzərə çatdırmaqdan ibarətdir. Məqalədə son qlobal böhranın dərsləri də nəzərə alınmaqla pul siyasəti strategiyasının təkmilləşdirilməsi istiqamətləri öz əksini tapmışdır.
Əsas nəticə ondan ibarətdir ki, post böhran dövründə qiymət sabitlyini qorumaq üçün inflyasiyanın hədəflənməsi (İH) rejiminə keçid öz aktuallığını qoruyacaqdır. Strateji dövrdə İH-yə keçid müəyyən mərhələlərlə baş verməlidir. Post böhran dövründə aktivlərin qiymətlərinin monitorinqinə və bunun pul siyasəti qərarlarında nəzərə alınmasına da xüsusi diqqət yetirilməlidir.
Açar sözlər: inflyasiyanın hədəflənnəsi, transmissiya, aktivlərin qiyməti
JEL təsnifatı: E31, G12