Nömrə: 15/2013
Müəllif(lər): Ramiz Rəhmanov, Salman Hüseynov, Şaiq Adıgözəlov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Qarşısına inflyasiyanın hədəflənməsi rejiminə keçid məqsədi qoyan mərkəzi banklar həm də müvafiq qiymət indeksinin seçilməsi ilə bağlı qərar verməlidirlər. Bu qərar verilərkən bir sıra meyarlar nəzərə alınır, mövcud qiymət indeksləri arasında "fayda-itki" təhlilləri aparılır, hər birinin müqayisəli üstünlükləri aşkara çıxarılır. Bu məqalədə orta müddətli dövrdə Azərbaycan Mərkəzi Bankının (AMB) müvafiq qiymət indeksinin, məcmu yoxsa baza göstəricisini hədəf olaraq götürməsi məsələsi tədqiq edilir. Mövcud baza inflyasiya ilə yanaşı Bayez Dinamik Faktor modelindən istifadə etməklə yeni baza inflyasiya göstəricisi hesablanır, müxtəlif statistik testlər əsasında göstəricilərin adekvatlığı yoxlanılır. Qiymətləndirmələr göstərir ki, yeni baza inflyasiya göstəricisi inflyasiyanın uzun müddətli trend göstəricisi kimi qəbul oluna bilər, mövcud göstərici isə qısa müddətli dövrdə tələb olunan statistik meyarları ödəyir. Nəticə olaraq qeyd olunur ki, qərarvermə prosesində AMB, trend göstəricisi kimi yeni baza inflyasiya göstəricisini əhəmiyyətli məlumat yükünə malik indikator kimi nəzərə ala bilər. Bununla belə, verilən pul siyasəti qərarlarının ictimaiyyət tərəfindən rahat anlaşılması üçün məcmu inflyasiya göstəricisinin hədəf kimi götürülməsi məqsədəuyğun olardı.
Açar sözlər: istehlak qiymət indeksi, baza inflyasiya, Gibz alqoritmi
JEL təsnifatı: E30, E31