Tədqiqatın adı: Azərbaycanda real effektiv məzənnənin qeyri-neft ixracına təsiri
Nömrə: 01/2023
Müəllif(lər): Fəridə Vəliyeva
Dil: Azərbaycan dili
Tarix: 2023-cü il
Xülasə: Məqalədə Azərbaycanda real effektiv məzənnənin qeyri-neft ixracına təsiri araşdırılmışdır. Qiymətləndirmə 2005-2022-ci illər üzrə rüblük zaman sırası məlumatlarından istifadə etməklə vektor avtoreqressiv (VAR) modelinin tətbiqi ilə aparılmışdır. Nəticələr göstərir ki, real effektiv məzənnə ilə real qeyri-neft ixrac göstəriciləri arasında əlaqə statistik cəhətdən əhəmiyyətli deyil. Müəyyən dövrlərdə REM və qeyri-neft ixracı arasında əks əlaqə müşahidə olunsa da, iqtisadiyyatda müxtəlif dövrlərdə baş vermiş şoklardan sonra bu əlaqə itmişdir. Belə ki, iqtisadiyyatın məruz qaldığı bu şoklar REM və qeyri-neft ixracı arasındakı əlaqənin pozulmasına səbəb olmuşdur.
Açar sözlər: REM, qeyri-neft ixracı, VAR
JEL təsnifatı: C32, F31, F40