Azərbaycanın Rüblük Proqnozlaşdırma Modeli (AzİM 1.0)
Tədqiqatın adı: Azərbaycanın Rüblük Proqnozlaşdırma Modeli (AzİM 1.0)
Nömrə: 01/2024
Müəllif(lər): Tural Yusifzadə, Nəzrin Ramazanova, Ramiz Rəhmanov, Vüqar Əhmədov
Dil: İngilis dili
Tarix: 2024
Xülasə: Bu məqalədə ədəbiyyatlarda açıq iqtisadiyyat kəsir modeli adlanan və Azərbaycan iqtisadiyyatı timsalında qurulan rüblük proqnozlaşdırma modelinin (AzİM 1.0) ilkin versiyası təqdim olunur. Model proqnozlaşdırma, simulyasiya və pul siyasətinin təhlili məqsədləri üçün nəzərdə tutulmuşdur. Bu model beş əsas blokdan ibarətdir: (i) qeyri-neft buraxılış kəsirini əhatə edən ümumi tələb bloku; (ii) inflyasiya və inflyasiya gözləntilərini modelləşdirən Fillips əyrisi (inflyasiyanın proqnozlaşdırılması) bloku; (iii) nominal lövbər rolunu oynayan riskə uyğunlaşdırılmış açıq faiz dərəcəsi pariteti bloku; (iv) pul siyasətinə reaksiya funksiyasını müəyyən edən Teylor qaydası (qısamüddətli faiz dərəcəsi) bloku; (v) xarici sektor bloku. AzİM 1.0 qismən-struktur yeni keynes nəzəri çərçivəsinə əsaslanan modeldir və Azərbaycan iqtisadiyyatının xüsusiyyətlərini, xüsusilə də transmissiya mexanizmi və pul siyasətinin formalaşma prosesini nəzərə almaqla qurulmuşdur. Modelin kalibrasiyası Azərbaycan üzrə aparılmış empirik qiymətləndirmələrə, beynəlxalq ədəbiyyata, oxşar ölkə təcrübələrinə və tarixi məlumatlara əsaslanır. Modelin dayanıqlığını və tətbiqə yararlılığını qiymətləndirmək məqsədilə impuls-cavab analizləri, tənliklərin dekompozisiyası və nümunədaxili simulyasiyalar həyata keçirilmişdir.
Açar sözlər: rüblük proqnoz modeli, Azərbaycan iqtisadiyyatı, proqnozlaşdırma və siyasət təhlili, pul siyasəti
JEL təsnifatı: E32, E37, E47, E52