“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən, investisiya qiymətli kağızlarının kütləvi təklifi və ya onların tənzimlənən bazarda ticarətə buraxılması zamanı emitent tərəfindən emissiya prospekti və ya informasiya memorandumu tərtib olunmalıdır.
Bu sənədlərin tərtib olunmasının əsas məqsədi investorların qərar vermə prosesində şəffaf və əhatəli məlumatla təmin edilməsidir. Emissiya prospektində və ya informasiya memorandumunda emitentin maliyyə vəziyyəti, buraxılan qiymətli kağızlar, onlar üzrə hüquqlar və risklər aydın, dəqiq və səlis şəkildə təqdim olunmalıdır.
Emitent bir il ərzində investisiya qiymətli kağızlarının bir neçə (səhm istisna olmaqla) buraxılışı haqqında qərar qəbul etdiyi təqdirdə, baza emissiya prospekti tərtib edə bilər. Qanunun emissiya prospektinə aid olan müddəaları baza prospektinə də şamil olunur.
Emissiya prospektinin əvəzinə aşağıdakı hallarda informasiya memorandumu tərtib edilir:
Qanunun 5.6-cı maddəsinə əsasən aşağıdakı hallarda emitent emissiya prospektinin və informasiya memorandumunun tərtib edilməsindən azaddır:
Qeyd: Emissiya prospekti və ya informasiya memorandumu təsdiq edildiyi tarixdən bir il ərzində investisiya qiymətli kağızları tənzimlənən bazarda ticarətə buraxılmadıqda və ya onların kütləvi təklifi həyata keçirilmədikdə, emissiya prospekti və ya informasiya memorandumu qüvvədən düşmüş hesab edilir.
Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər “Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar”la tənzimlənir.
Baza emissiya prospekti (adi)
199.07 KBBaza emissiya prospekti (emitent bank olduqda)
192.99 KBBaza emissiya prospekti (emitent beynəlxalq təşkilat olduqda)
167.98 KBBaza emissiya prospekti (emitent xarici dövlət orqanı olduqda)
167.31 KBEmissiya prospekti (istiqraz-adi)
211.68 KBEmissiya prospekti (emitent bank olduqda)
207.42 KBEmissiya prospekti (emitent beynəlxalq təşkilat olduqda)
181.11 KBEmissiya prospekti (emitent xarici dövlət orqanı olduqda)
182.36 KBEmissiya prospekti (səhm)
228.54 KBİnformasiya memorandumu (emitent bank olduqda)
156.99 KBİnformasiya memorandumu (istiqraz-adi)
154.81 KBİnformasiya memorandumu (emitent beynəlxalq təşkilat olduqda)
146.54 KBİnformasiya memorandumu (emitent xarici dövlət orqanı olduqda)
146.71 KBİnformasiya memorandumu (səhm)
152.47 KBYekun Şərtlər
120.27 KB