Tədqiqatın adı: Qeyri-neft ÜDM-nin qısamüddətli proqnozlaşdırılması modellərin qurulması
Nömrə: 04/2024
Müəlliflər: Nəzrin Ramazanova, Oqtay Qəhrəmanov
Dil: İngilis dili
Tarix: 2024
Xülasə: Qeyri-neft ÜDM-in qısamüddətli proqnozlaşdırılması onun ortamüddətli proqnozunun hazırlanması üçün zəruridir. Bu məqalədə qeyri-neft ÜDM-in rüblük artımını proqnozlaşdırmaq üçün üç əsas proqnozlaşdırma modelinin (Vektor Avtoreqressiya (VAR), Qarışıq Məlumat Nümunələşdirmə (MIDAS) və Dinamik Faktor Modellərinin (DFM)) keyfiyyəti qiymətləndirilir. Empirik nəticələr göstərir ki, əksər modellər rüblük proqnoz nəticələri üzrə AR(1) modelini üstələyir. Məqalədə hər bir modelinin üstünlüklərindən istifadə etmək məqsədilə proqnozların kombinasiya edilmiş nəticələrinə də baxılır. Orta kvadratik xəta (MSE) çəkilərinə əsaslanan proqnozların kombinasiyası fərdi modellərlə müqayisədə proqnozun dəqiqliyini artırır. Ümumilikdə, nəticələr Azərbaycanın dinamik iqtisadi mühitində qısamüddətli ÜDM artımı proqnozlarının dəqiqliyini artırmaq üçün çoxşaxəli proqnozlaşdırma strategiyasının üstünlüklərini vurğulayır. Nəticələr kombinasiya üsullarının istifadəsinin qısamüddətli proqnozların etibarlılığını gücləndirməkdə praktik faydalarını önə çəkir.
Açar sözlər: qısamüddətli proqnozlaşdırma, qeyri-neft ÜDM, proqnozların kombinasiyası
JEL təsnifatı: C32, E52, O40