Tədqiqatın adı: Azərbaycanda potensial qeyri-neft ÜDM-in qiymətləndirilməsi
Nömrə: 01/2025
Müəlliflər: Əvəz Yusibov, Tural Yusifzadə, Vüqar Əhmədov
Dil: İngilis dili
Tarix: 2025
Xülasə: Bu tədqiqat işi Azərbaycanının qeyri-neft iqtisadiyyatı üzrə potensial artımını və onun istehsal gücü yüklənməsi, həmçinin inflyasiya ilə qarşılıqlı əlaqəsini qiymətləndirir. Müxtəlif qiymətləndirmə üsullarından istifadə etməklə qeyri-neft potensial məhsul artımı təxminən 5% səviyyəsində müəyyən olunmuşdur. Qısamüddətli ÜDM artımının bu səviyyədən yüksək olması iqtisadiyyatda hərarətlənmə əlaməti kimi qiymətləndirilə bilər, lakin müəssisə səviyyəsindəki məlumatlar bunun əksini göstərir. 2019–2024-cü illəri əhatə edən sənaye sahələrinin aylıq sorğu məlumatları göstərir ki, xüsusilə müəssisələr tam güc səviyyəsində fəaliyyət göstərmədikdə yüksək iqtisadi artım həmişə inflyasiya təzyiqləri ilə müşayiət olunmur. Belə hallarda, istehsal gücünün yüklənməsi artarkən xərclərdə əhəmiyyətli artım olmur. Bu tədqiqatın nəticələri inflyasiya monitorinqində istehsal gücü yüklənməsi göstəricilərinin daxil edilməsinin vacibliyini vurğulayır və struktur təchizat məhdudiyyətləri olan inkişaf etməkdə olan iqtisadiyyatlarda siyasət tədbirlərinin zəruriliyini önə çəkir.
Açar sözlər: potensial artım, qeyri-neft ÜDM, tarazlı iqtisadi artım, istehsal gücü yüklənməsi
JEL təsnifatı: O40, O47, D24