• Haqqımızda
    • Tarix
    • Təşkilati struktur və idarəetmə
      • İdarə Heyəti
      • Rəhbərlik
      • Struktur bölmələr
      • Ərazi idarələr
      • Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi
    • Əlaqə
  • Pul siyasəti
    • Pul siyasəti icmalı
    • Pul siyasətinin əsas istiqamətləri
    • Pul siyasəti qərarları
    • Proqnozlaşdırma və siyasət təhlili sistemi
    • Pul siyasəti alətləri
  • Bazar iştirakçıları
    • Kredit təşkilatları
      • Banklar
      • Bank olmayan kredit təşkilatları
      • Kredit ittifaqları
    • Kapital bazarı
      • Emitentlər
        • Qiymətli kağızların dövlət qeydiyyatı ilə bağlı təlimat
        • Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimat
      • Fond birjası
      • Mərkəzi depozitar
      • İnvestisiya şirkətləri
      • Klirinq təşkilatı
      • İnvestisiya fondları və onların idarəçiləri
    • Sığorta
      • Sığortaçılar və təkrarsığortaçılar
      • Sığorta vasitəçiləri
      • Xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri
      • Sığorta sahəsində yardımçı hüquqi şəxslər və müstəqil ekspertlər
      • Aktuarilər
      • Attestasiya
    • Poçt rabitəsinin milli operatoru
    • Valyuta mübadiləsi məntəqələri
  • Hüquqi aktlar
    • Kredit təşkilatları
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
      • Metodoloji sənədlər
    • Kapital bazarı
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Sığorta
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Valyuta tənzimi
      • Qanunlar
      • Qaydalar
    • Statistika
    • Digər
      • Əsas qanunlar
      • Məcəllələr və digər qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
  • Ödəniş sistemləri
    • Ödəniş və hesablaşmalar sistemləri
      • Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS)
      • Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS)
      • Ani Ödənişlər Sistemi (AÖS)
      • Banklararası Kart Mərkəzi (BKM)
      • Hökumət Ödəniş Portalı (HÖP)
    • Reqlament və tariflər
    • İştirakçılar
    • Ödəniş sistemləri üzrə standartlar
      • ISO20022
      • IBAN
    • Rəqəmsal ödənişlərin inkişafı
      • Dövlət proqramları
      • Rəqəmsal ödəniş strategiyası
      • Açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi
    • Ödəniş sistemlərinə nəzarət
      • Ödəniş sistemlərinə nəzarətin hüquqi əsasları
      • Sistem əhəmiyyətli banklara nəzarət
      • Ödəniş alətlərinə nəzarət
      • Pulköçürmə sistemlərinin siyahısı
      • Xidmət mərkəzlərinin və prosessinq fəaliyyəti həyata keçirən bankların siyahısı
    • Rəqəmsal ödənişlərin stimullaşdırılması
      • Nominasiyalar
      • Lotereya və kampaniyalar
        • AniPay ilə ödə və qazan 2021
        • Kartla ödə, kartla qazan 2020
        • Kartla ödə, kartla qazan 2019
        • Visa kartları ilə ödəniş qazandırır
    • İcmal və infoqrafika
      • Rəqəmsal ödənişlər icmalı
      • Rəqəmsal ödənişlər üzrə infoqrafika
  • Milli pul nişanları
    • Milli pul nişanlarının tarixi
    • Tədavüldə olan pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Yubiley və xatirə pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Tədavüldən çıxarılmış pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Pul nişanları üzrə hüquqi baza
    • Nağd pul dövriyyəsi
    • Saxta pul nişanları
  • Statistika
    • Statistik bülleten
    • Makroiqtisadi statistika
    • Pul-kredit statistikası
    • Xarici sektorun statistikası
    • Maliyyə sektorunun statistikası
      • Kredit təşkilatları
      • Sığorta
      • Kapital bazarı
    • Ödəniş sistemlərinin statistikası
    • Statistik hesabatların yayımlanması qrafiki
  • Nəşrlər və tədqiqatlar
    • İllik hesabat
    • Maliyyə sabitliyi hesabatı
    • Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
    • Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri
    • İşçi məqalələr silsiləsi
    • Ekonometrik modellər
    • Sahələrarası maliyyə axınlarının təhlili
HomeSiteMapfacebookTwitter
966
  • MEAS
    • Məlumatların Elektron Açıqlanması Sistemi
    • Sistem haqqında
  • MEAS
    • Məlumatların Elektron Açıqlanması Sistemi
    • Sistem haqqında
  • 966
  • Haqqımızda
    • Tarix
    • Təşkilati struktur və idarəetmə
      • İdarə Heyəti
      • Rəhbərlik
      • Struktur bölmələr
      • Ərazi idarələr
      • Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi
    • Əlaqə
  • Pul siyasəti
    • Pul siyasəti icmalı
    • Pul siyasətinin əsas istiqamətləri
    • Pul siyasəti qərarları
    • Proqnozlaşdırma və siyasət təhlili sistemi
    • Pul siyasəti alətləri
  • Bazar iştirakçıları
    • Kredit təşkilatları
      • Banklar
      • Bank olmayan kredit təşkilatları
      • Kredit ittifaqları
    • Kapital bazarı
      • Emitentlər
        • Qiymətli kağızların dövlət qeydiyyatı ilə bağlı təlimat
        • Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimat
      • Fond birjası
      • Mərkəzi depozitar
      • İnvestisiya şirkətləri
      • Klirinq təşkilatı
      • İnvestisiya fondları və onların idarəçiləri
    • Sığorta
      • Sığortaçılar və təkrarsığortaçılar
      • Sığorta vasitəçiləri
      • Xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri
      • Sığorta sahəsində yardımçı hüquqi şəxslər və müstəqil ekspertlər
      • Aktuarilər
      • Attestasiya
    • Poçt rabitəsinin milli operatoru
    • Valyuta mübadiləsi məntəqələri
  • Hüquqi aktlar
    • Kredit təşkilatları
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
      • Metodoloji sənədlər
    • Kapital bazarı
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Sığorta
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Valyuta tənzimi
      • Qanunlar
      • Qaydalar
    • Statistika
    • Digər
      • Əsas qanunlar
      • Məcəllələr və digər qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
  • Ödəniş sistemləri
    • Ödəniş və hesablaşmalar sistemləri
      • Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS)
      • Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS)
      • Ani Ödənişlər Sistemi (AÖS)
      • Banklararası Kart Mərkəzi (BKM)
      • Hökumət Ödəniş Portalı (HÖP)
    • Reqlament və tariflər
    • İştirakçılar
    • Ödəniş sistemləri üzrə standartlar
      • ISO20022
      • IBAN
    • Rəqəmsal ödənişlərin inkişafı
      • Dövlət proqramları
      • Rəqəmsal ödəniş strategiyası
      • Açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi
    • Ödəniş sistemlərinə nəzarət
      • Ödəniş sistemlərinə nəzarətin hüquqi əsasları
      • Sistem əhəmiyyətli banklara nəzarət
      • Ödəniş alətlərinə nəzarət
      • Pulköçürmə sistemlərinin siyahısı
      • Xidmət mərkəzlərinin və prosessinq fəaliyyəti həyata keçirən bankların siyahısı
    • Rəqəmsal ödənişlərin stimullaşdırılması
      • Nominasiyalar
      • Lotereya və kampaniyalar
        • AniPay ilə ödə və qazan 2021
        • Kartla ödə, kartla qazan 2020
        • Kartla ödə, kartla qazan 2019
        • Visa kartları ilə ödəniş qazandırır
    • İcmal və infoqrafika
      • Rəqəmsal ödənişlər icmalı
      • Rəqəmsal ödənişlər üzrə infoqrafika
  • Milli pul nişanları
    • Milli pul nişanlarının tarixi
    • Tədavüldə olan pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Yubiley və xatirə pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Tədavüldən çıxarılmış pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Pul nişanları üzrə hüquqi baza
    • Nağd pul dövriyyəsi
    • Saxta pul nişanları
  • Statistika
    • Statistik bülleten
    • Makroiqtisadi statistika
    • Pul-kredit statistikası
    • Xarici sektorun statistikası
    • Maliyyə sektorunun statistikası
      • Kredit təşkilatları
      • Sığorta
      • Kapital bazarı
    • Ödəniş sistemlərinin statistikası
    • Statistik hesabatların yayımlanması qrafiki
  • Nəşrlər və tədqiqatlar
    • İllik hesabat
    • Maliyyə sabitliyi hesabatı
    • Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
    • Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri
    • İşçi məqalələr silsiləsi
    • Ekonometrik modellər
    • Sahələrarası maliyyə axınlarının təhlili
Menu
  • Kommunikasiya
    • Press-relizlər
    • Elanlar
    • Təqdimat və məruzələr
    • Korporativ sosial məsuliyyət
    • Foto qalereya
    • Video qalereya
    • Tədbirlər
      • Azərbaycan mərkəzi bankçılığı - 100 il
        • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
        • Məqalə - Azərbaycanda mərkəzi bankçılığın 100 illik inkişaf yolu
        • Yubiley poçt markası
        • Yubiley pul nişanı
        • Yubileylə əlaqədar jurnalistlər üçün seminar və press-tur
        • Foto qalereya
        • Video qalereya
      • Heydər Əliyev - 100 il
      • Heydər Əliyev - 90 il
      • AR Mərkəzi Bankı – 20 il
    • İnformasiya sorğusu
    • İnzibati işlərə baxan vəzifəli şəxslər
  • İstehlakçıların və investorların hüquqları
    • Fəaliyyət istiqamətləri
    • Müraciətlərə baxılması
    • Vətəndaşların qəbulu
    • Bizimlə əlaqə
    • Əks əlaqə
    • Tez-tez soruşulan suallara cavablar
    • İnfoqrafika
    • Vətəndaş müraciətlərinə dair statistika
    • Avto-icbari sığorta üzrə şikayət indeksi
    • Tədbirlər
    • Təkliflər
    • Ərazi idarələrinə müraciət
  • Maliyyə savadlılığı
  • Beynəlxalq əməkdaşlıq
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Mərkəzi banklarla əməkdaşlıq
    • Beynəlxalq tədbirlər
    • AMB tərəfindən təqdim edilən texniki yardımlar
  • İnsan resursları
    • Vakansiyalar
    • İşə müraciət edənlər üçün məlumat
    • Niyə bizə qoşulmalı?
    • İnternatura: Addımlarınıza bizimlə başlayın
  • Məlumatların yayımlanması qrafiki
  • Sual − cavab
  • İstinadlar
  • Naxçıvan Muxtar Respublikası İdarəsi
Press-relizlər
A-A+
Faiz dəhlizinin parametrləri haqqında

18 mart 2022-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilmişdir.

 

Ötən toplantıdan bəri ölkədə illik inflyasiya tempi azalsa da geosiyasi və geoiqtisadi mühitdə fundamental dəyişikliklər inflyasiyanın xarici fonu ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə artırmışdır. Pandemiyanın dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəltmişdir. Qlobal iqtisadi artım və ticarət perspektivlərinin əhəmiyyətli pisləşməsi, qlobal təklifin daha da daralması potensialının yüksəlməsi, beynəlxalq logistika-təchizat və hesablaşma zəncirində problemlərin daha da artması yüksək olan inflyasiya təzyiqlərinə artırıcı impulslar verməkdədir. Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir etmişdir. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artmışdır.

 

Digər tərəfdən isə enerji qiymətlərinin artması ölkədə qiymətlər sabitliyinin əsas lövbərinin fundamental amili olan tədiyə balansı profisitinin genişlənməsi imkanlarını yüksəltmiş, manatın nominal effektiv məzənnəsi əhəmiyyətli möhkəmlənmişdir. Eyni zamanda cari ilin fevral ayında Hökumət və Mərkəzi Bank tərəfindən yerli ərzaq istehsalının artırılması, inflyasiya idxalının məhdudlaşdırılması prioritetlərini əhatə edən kompleks antiinflyasiya tədbirlərinin icrasına başlanılmışdır.

 

Yüksək qeyri-müəyyənliklər makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını çətinləşdirmişdir. Proqnoz horizontunda inflyasiyanın əsasən xarici təklif amillərindən təsirlənəcəyi gözlənilir.

 

Yaranmış vəziyyət inflyasiya gözləntilərinin lövbərləşdirilməsi vasitəsilə qiymətlər sabitliyinə artırıcı amillərin təsirlərini qabaqlayıcı rejimdə tənzimləmək üçün faiz dəhlizi parametrlərinin zəruri təshihini şərtləndirir.

 

Ümumilikdə, geosiyasi risklərin makroiqtisadi və maliyyə sabitliyinə, eləcə də iqtisadi aktivliyə və əhalinin sosial rifahına neqativ təsirlərinin minimallaşdırılması Hökumətin və Mərkəzi Bankın diqqət mərkəzindədir və zəruri adekvat tədbirlər görülməkdədir.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar xarici mühitdə və ölkə iqtisadiyyatında gedən proseslər, maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, inflyasiyanın dinamikası və proqnozu nəzərə alınmaqla qəbul ediləcəkdir.

 

İnflyasiya prosesləri. Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi azalmışdır. Rəsmi statistikaya görə 2022-ci ilin fevral ayında inflyasiya 1.1% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11.9% artmışdır.

 

İllik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6%, xidmətlər üzrə isə 9.3% təşkil etmişdir.

 

İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17.2%) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 5.2%, son bir ildə isə 20.7% artmışdır. Son ildə qiymətlər un məmulatları üzrə 14.8%, süd məhsulları üzrə 24.8%, yağlar üzrə 36.8% yüksəlmişdir. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatdırmışdır. Ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab edilir.

 

Mart ayında keçirilmiş sorğunun nəticələrinə görə sorğuya cəlb edilən ev təsərrüfatlarının 24%-dən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Müəssisələr arasında aparılan sorğulara görə fevral ayında əvvəlki ayla müqayisədə inflyasiya gözləntiləri qeyri-neft sənayesində artmışdır. Ticarət və xidmət sektorlarında da inflyasiya gözləntiləri pozitiv zonada qalır.

 

Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Cari ilin ilk 2 ayında faktiki inflyasiyanın dinamikası proqnozlaşdırılan trayektoriyaya uyğun olsa da geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaratmışdır. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması qiymətlər sabitliyinin əsas lövbərini – milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir.

 

Xarici sektor. Qlobal iqtisadiyyat geosiyası və geoiqtisadi risklərin təzyiqi altındadır.

 

Beynəlxalq təşkilatlar qlobal iqtisadi artım proqnozunu azaltmaq, inflyasiya proqnozunu isə artırmaq istiqamətində təshih edirlər. Bir çox analitik mərkəzlər pandemiyanın və iqlim dəyişikliklərinin neqativ təsirlərinə məruz qalan dünya iqtisadiyyatının geosiyasi gərginliklərin güclü neqativ təsirləri altında staqflyasiya, yəni yüksək inflyasiya və ressesiyanın kombinasiyası ilə üzləşə biləcəyini ehtimal edirlər. Onların fikrincə tarixi rekordları təkrarlayan qiymət artımları, beynəlxalq logistika-təchizat zəncirindəki problemlər, hesablaşmalarda yaranan çətinliklər, qeyri-müəyyənliklərin kəskin artımı qlobal istehsalın azalması və xərclərin artmasını sürətləndirir.

 

Yaranmış vəziyyətdə mərkəzi banklar inflyasiya ilə mübarizə aparmaq və iqtisadi artımı dəstəkləmək kimi çətin dilemma qarşısındadırlar. Qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi şəraitində aparıcı ölkələrin mərkəzi bankları daha təmkinli monetar siyasət həyata keçirəcəyini açıqlamışlar.

 

Ötən iclasdan bəri Azərbaycanın ixracında mühüm paya malik neftin və təbii qazın qiymətinin kəskin artması müşahidə olunur. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 96 ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin orta qiymətindən (71 ABŞ dolları) 35% çoxdur. Mart ayında bəzi günlərdə neftin qiyməti 2008-ci ildən bəri pik səviyyəyə qalxmışdır. Təbii qazın qiyməti də Avropada rekord həddə çatıb. Azərbaycandan ixrac olunan neft və qazın hasilatının həcminin də cari ildə artacağı gözlənilir.

 

Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında Ümumi Daxili Məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcəkdir.

 

2022-ci ilin 2 ayında ölkənin strateji valyuta ehtiyatları 0.4% və ya 195 mln. ABŞ dolları artaraq 53.4 mlrd. ABŞ dollarını üstələmişdir. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 7.2 mlrd. ABŞ dollarına yaxınlaşmışdır.

 

İqtisadi fəallıq. 2022-ci ilin ilk 2 ayında ümumi daxili məhsul real ifadədə 6.7%, o cümlədən qeyri-neft sektoru üzrə 10.1% artmışdır. Qeyr-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınmışdır. İqtisadi artım qeyri-neft sənayesində 19.8%, kənd təsərrüfatında 3.1%, tikintidə 6.5% olmuşdur. Ümumilikdə, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadi artım qeyri neft-qaz sektorunun ticari sahələrində 14%, qeyri-ticari sahələrində isə 9.2% təşkil etmişdir.

 

Məcmu tələbdə 2021-ci ildən başlanan genişlənmə cari ildə davam edir. 2022-ci ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsi 3%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5% artmışdır. İnvestisiyaların 2 ayda ümumi dəyişimi neqativ olsa da (2.1%) qeyri-neft investisiyalarının artımı 12.1% təşkil etmişdir. İlin sonuna əsasən dövlət investisiyaları hesabına investisiya tələbinin tam bərpası gözlənilir.

 

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri əsasında hesablanan qabaqlayıcı indikatorlar iqtisadi aktivliyin qorunacağı gözləntilərini əks etdirir. Belə ki, fevralda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satışlar üzrə gözlənti və xidmətdə tələb gözləntisi əvvəlki ayla müqayisədə yüksəlmişdir.

 

Ötən iclasdan bəri epidemioloji vəziyyətin nisbətən yaxşılaşması və karantin məhdudiyyətlərinin əlavə yumşaldılmasının iqtisadi aktivliyə müsbət təsir edəcəyi gözlənilir. Cari və orta müddətli dövrə iqtisadi artım proqnozunun reallaşmasına geosiyasi böhranın aradan qalxması tezliyi də təsir edəcəkdir.  

 

Monetar şərait. Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdədir.

 

2022-ci ilin ötən dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin bahalaşması tempi 14%-ə çatmışdır ki, bu da yüksək idxal inflyasiyasını əhəmiyyətli neytrallaşdırmaqdadır. Manat xüsusilə də Rusiya rublu, Ukrayna qrivnası, Qazaxıstan təngəsi və avroya qarşı möhkəmlənmişdir.

 

Qlobal mühitdəki şok dəyişikliklərə baxmayaraq manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin valyuta bazarında tarazlıq şəraitində formalaşması inflyasiya gözləntilərinə də azaldıcı təsir göstərir. Valyuta bazarında tarazlığın əsasında profisitli tədiyə balansı, qəbul edilmiş makroiqtisadi çərçi­və və adekvat monetar şəraitin mövcudluğu dayanır. Ötən iclasdan bəri (fevral və mart aylarında) Mərkəzi Bankda keçirilən bütün valyuta hərraclarında təklif tələbi üstələmişdir.

 

Dövlət büdcəsində mövsümi profisitin yaranması və Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində 2022-ci ilin ötən dövründə manatla pul bazası 8.2% azalmışdır (ilin sonunda sistem əhəmiyyətli bankla müddətli əməliyyat nəzərə alınmadan).

 

Maliyyə bazarının milli valyutada risksiz alətlər bazarı seqmentində də sabitlik müşahidə edilir. Ötən iclasdan keçən müddətdə gəlirlik 5 və 7 illik dövlət qiymətli kağızları üzrə cüzi azalmış, 3 illik kağızlar üzrə isə cüzi artmışdır. REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi yüksəlmə baş vermişdir.

 

2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artmışdır. Yanvar-fevral aylarında milli valyutada müddətli əmanətlərin daha yüksək templə (3.8%) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir.

 

Ümumilikdə bank sistemi öz dayanıqlığını qoruyur, bank hesablaşmalarının aparılmasında problemlər müşahidə edilmir.

 

Risklər balansı. Ötən iclasdan bəri inflyasiyanın risk balansında artırıcı amillərin rolu bir qədər yüksəlmişdir.

 

Başlıca risk geosiyasi və geoiqtisadi gərginliyin daha da artmasıdır ki, bu da dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin daha uzun müddətə yüksəlməsinə, təchizat zəncirində problemlərin daha da dərinləşməsinə və dünyada ərzaq qıtlığının yaranmasına səbəb ola bilər. İxraca məhdudiyyətlər, logistika və hesablaşma problemləri üzündən bəzi əsas ticarət tərəfdaşlarından idxalın çətinləşməsi və bahalaşması daha bahalı idxalla əvəzlənməni zərurətə çevirə bilər. Bütün bunlar Azərbaycanda inflyasiya proqnozu üzrə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsi riskini yaradır.

 

Profisitli tədiyə balansı ilə dəstəklənən milli valyutanın məzənnəsinin dayanıqlığı və monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam etməkdədir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamı ilə hazırda reallaşmaqda olan antiinflyasiya tədbirləri cari ildə inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcəkdir.

 

İnflyasiya təzyiqlərinin və gözləntilərinin yüksəlməsi ssenarisində ilin qalan dövründə Mərkəzi Bank monetar şəraitin əlavə sərtləşdirilməsi yönümündə qərarların qəbul ediləcəyini istisna etmir. 

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcəkdir.

 

Bu qərar 18 mart 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il aprel ayının 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.


18.03.2022
Hökumət Ödəniş Portalı
MALİYYƏ MƏHSUL VƏ XİDMƏTLƏRİNİN məlumat-axtarış sistemi
Virtual Təhsil Platforması
Problemli kreditlər
Elektron Statistik Baza
2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası
Daşınar əmlakın yüklüyünün dövlət reyestri
Nağdsız hesablaşmalar üzrə nominasiya
Rəqəmsal ödənişlər üzrə infoqrafika
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya
  • Pul siyasəti
    • Pul siyasəti icmalı
    • Pul siyasətinin əsas istiqamətləri
    • Pul siyasəti qərarları
    • Pul siyasəti alətləri
  • Ödəniş sistemləri
    • Ödəniş və hesablaşmalar sistemləri
    • Reqlament və tariflər
    • İştirakçılar
    • Ödəniş sistemləri üzrə standartlar
    • Rəqəmsal ödənişlərin inkişafı
    • Ödəniş sistemlərinə nəzarət
    • Rəqəmsal ödənişlərin stimullaşdırılması
    • İcmal və infoqrafika
  • Milli pul nişanları
    • Milli pul nişanlarının tarixi
    • Tədavüldə olan pul nişanları
    • Yubiley və xatirə pul nişanları
    • Tədavüldən çıxarılmış pul nişanları
    • Pul nişanları üzrə hüquqi baza
    • Nağd pul dövriyyəsi
    • Saxta pul nişanları
  • Statistika
    • Statistik bülleten
    • Makroiqtisadi statistika
    • Pul-kredit statistikası
    • Xarici sektorun statistikası
    • Maliyyə sektorunun statistikası
    • Ödəniş sistemlərinin statistikası
    • Statistik hesabatların yayımlanması qrafiki
  • Nəşrlər və tədqiqatlar
    • İllik hesabat
    • Maliyyə sabitliyi hesabatı
    • Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
    • Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri
    • Ekonometrik modellər
    • Sahələrarası maliyyə axınlarının təhlili
Ünvan

AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90,


Əlaqə nömrələri

(+994 12) 493 5058, 493 1122

Faks

(+994 12) 493 5541

Mətbuat üçün

(+994 12) 493 1122 (572)

Sorğu platformasıOnlayn müraciət Qaynar xətt

© 2023 Bütün hüquqlar qorunur.