• Haqqımızda
    • Tarix
    • Təşkilati struktur və idarəetmə
      • İdarə Heyəti
      • Rəhbərlik
      • Struktur bölmələr
      • Ərazi idarələr
      • Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi
    • Əlaqə
  • Pul siyasəti
    • Pul siyasəti icmalı
    • Pul siyasətinin əsas istiqamətləri
    • Pul siyasəti qərarları
    • Proqnozlaşdırma və siyasət təhlili sistemi
    • Pul siyasəti alətləri
  • Bazar iştirakçıları
    • Kredit təşkilatları
      • Banklar
      • Bank olmayan kredit təşkilatları
      • Kredit ittifaqları
    • Kapital bazarı
      • Emitentlər
        • Qiymətli kağızların dövlət qeydiyyatı ilə bağlı təlimat
        • Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimat
      • Fond birjası
      • Mərkəzi depozitar
      • İnvestisiya şirkətləri
      • Klirinq təşkilatı
      • İnvestisiya fondları və onların idarəçiləri
    • Sığorta
      • Sığortaçılar və təkrarsığortaçılar
      • Sığorta vasitəçiləri
      • Xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri
      • Sığorta sahəsində yardımçı hüquqi şəxslər və müstəqil ekspertlər
      • Aktuarilər
      • Attestasiya
    • Poçt rabitəsinin milli operatoru
    • Valyuta mübadiləsi məntəqələri
  • Hüquqi aktlar
    • Kredit təşkilatları
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
      • Metodoloji sənədlər
    • Kapital bazarı
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Sığorta
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Valyuta tənzimi
      • Qanunlar
      • Qaydalar
    • Statistika
    • Digər
      • Əsas qanunlar
      • Məcəllələr və digər qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
  • Ödəniş sistemləri
    • Ödəniş və hesablaşmalar sistemləri
      • Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS)
      • Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS)
      • Ani Ödənişlər Sistemi (AÖS)
      • Banklararası Kart Mərkəzi (BKM)
      • Hökumət Ödəniş Portalı (HÖP)
    • Reqlament və tariflər
    • İştirakçılar
    • Ödəniş sistemləri üzrə standartlar
      • ISO20022
      • IBAN
    • Rəqəmsal ödənişlərin inkişafı
      • Dövlət proqramları
      • Rəqəmsal ödəniş strategiyası
      • Açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi
    • Ödəniş sistemlərinə nəzarət
      • Ödəniş sistemlərinə nəzarətin hüquqi əsasları
      • Sistem əhəmiyyətli banklara nəzarət
      • Ödəniş alətlərinə nəzarət
      • Pulköçürmə sistemlərinin siyahısı
      • Xidmət mərkəzlərinin və prosessinq fəaliyyəti həyata keçirən bankların siyahısı
    • Rəqəmsal ödənişlərin stimullaşdırılması
      • Nominasiyalar
      • Lotereya və kampaniyalar
        • AniPay ilə ödə və qazan 2021
        • Kartla ödə, kartla qazan 2020
        • Kartla ödə, kartla qazan 2019
        • Visa kartları ilə ödəniş qazandırır
    • İcmal və infoqrafika
      • Rəqəmsal ödənişlər icmalı
      • Rəqəmsal ödənişlər üzrə infoqrafika
  • Milli pul nişanları
    • Milli pul nişanlarının tarixi
    • Tədavüldə olan pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Yubiley və xatirə pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Tədavüldən çıxarılmış pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Pul nişanları üzrə hüquqi baza
    • Nağd pul dövriyyəsi
    • Saxta pul nişanları
  • Statistika
    • Statistik bülleten
    • Makroiqtisadi statistika
    • Pul-kredit statistikası
    • Xarici sektorun statistikası
    • Maliyyə sektorunun statistikası
      • Kredit təşkilatları
      • Sığorta
      • Kapital bazarı
    • Ödəniş sistemlərinin statistikası
    • Statistik hesabatların yayımlanması qrafiki
  • Nəşrlər və tədqiqatlar
    • İllik hesabat
    • Maliyyə sabitliyi hesabatı
    • Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
    • Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri
    • İşçi məqalələr silsiləsi
    • Ekonometrik modellər
    • Sahələrarası maliyyə axınlarının təhlili
HomeSiteMapfacebookTwitter
966
  • MEAS
    • Məlumatların Elektron Açıqlanması Sistemi
    • Sistem haqqında
  • MEAS
    • Məlumatların Elektron Açıqlanması Sistemi
    • Sistem haqqında
  • 966
  • Haqqımızda
    • Tarix
    • Təşkilati struktur və idarəetmə
      • İdarə Heyəti
      • Rəhbərlik
      • Struktur bölmələr
      • Ərazi idarələr
      • Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi
    • Əlaqə
  • Pul siyasəti
    • Pul siyasəti icmalı
    • Pul siyasətinin əsas istiqamətləri
    • Pul siyasəti qərarları
    • Proqnozlaşdırma və siyasət təhlili sistemi
    • Pul siyasəti alətləri
  • Bazar iştirakçıları
    • Kredit təşkilatları
      • Banklar
      • Bank olmayan kredit təşkilatları
      • Kredit ittifaqları
    • Kapital bazarı
      • Emitentlər
        • Qiymətli kağızların dövlət qeydiyyatı ilə bağlı təlimat
        • Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair təlimat
      • Fond birjası
      • Mərkəzi depozitar
      • İnvestisiya şirkətləri
      • Klirinq təşkilatı
      • İnvestisiya fondları və onların idarəçiləri
    • Sığorta
      • Sığortaçılar və təkrarsığortaçılar
      • Sığorta vasitəçiləri
      • Xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri
      • Sığorta sahəsində yardımçı hüquqi şəxslər və müstəqil ekspertlər
      • Aktuarilər
      • Attestasiya
    • Poçt rabitəsinin milli operatoru
    • Valyuta mübadiləsi məntəqələri
  • Hüquqi aktlar
    • Kredit təşkilatları
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
      • Metodoloji sənədlər
    • Kapital bazarı
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Sığorta
      • Qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
    • Valyuta tənzimi
      • Qanunlar
      • Qaydalar
    • Statistika
    • Digər
      • Əsas qanunlar
      • Məcəllələr və digər qanunlar
      • Azərbaycan Respublikası Prezidentinin aktları
      • Nazirlər Kabinetinin aktları
      • Qaydalar
  • Ödəniş sistemləri
    • Ödəniş və hesablaşmalar sistemləri
      • Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS)
      • Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS)
      • Ani Ödənişlər Sistemi (AÖS)
      • Banklararası Kart Mərkəzi (BKM)
      • Hökumət Ödəniş Portalı (HÖP)
    • Reqlament və tariflər
    • İştirakçılar
    • Ödəniş sistemləri üzrə standartlar
      • ISO20022
      • IBAN
    • Rəqəmsal ödənişlərin inkişafı
      • Dövlət proqramları
      • Rəqəmsal ödəniş strategiyası
      • Açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi
    • Ödəniş sistemlərinə nəzarət
      • Ödəniş sistemlərinə nəzarətin hüquqi əsasları
      • Sistem əhəmiyyətli banklara nəzarət
      • Ödəniş alətlərinə nəzarət
      • Pulköçürmə sistemlərinin siyahısı
      • Xidmət mərkəzlərinin və prosessinq fəaliyyəti həyata keçirən bankların siyahısı
    • Rəqəmsal ödənişlərin stimullaşdırılması
      • Nominasiyalar
      • Lotereya və kampaniyalar
        • AniPay ilə ödə və qazan 2021
        • Kartla ödə, kartla qazan 2020
        • Kartla ödə, kartla qazan 2019
        • Visa kartları ilə ödəniş qazandırır
    • İcmal və infoqrafika
      • Rəqəmsal ödənişlər icmalı
      • Rəqəmsal ödənişlər üzrə infoqrafika
  • Milli pul nişanları
    • Milli pul nişanlarının tarixi
    • Tədavüldə olan pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Yubiley və xatirə pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Tədavüldən çıxarılmış pul nişanları
      • Kağız pullar
      • Metal pullar
    • Pul nişanları üzrə hüquqi baza
    • Nağd pul dövriyyəsi
    • Saxta pul nişanları
  • Statistika
    • Statistik bülleten
    • Makroiqtisadi statistika
    • Pul-kredit statistikası
    • Xarici sektorun statistikası
    • Maliyyə sektorunun statistikası
      • Kredit təşkilatları
      • Sığorta
      • Kapital bazarı
    • Ödəniş sistemlərinin statistikası
    • Statistik hesabatların yayımlanması qrafiki
  • Nəşrlər və tədqiqatlar
    • İllik hesabat
    • Maliyyə sabitliyi hesabatı
    • Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
    • Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri
    • İşçi məqalələr silsiləsi
    • Ekonometrik modellər
    • Sahələrarası maliyyə axınlarının təhlili
Menu
  • Kommunikasiya
    • Press-relizlər
    • Elanlar
    • Təqdimat və məruzələr
    • Korporativ sosial məsuliyyət
    • Foto qalereya
    • Video qalereya
    • Tədbirlər
      • Azərbaycan mərkəzi bankçılığı - 100 il
        • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
        • Məqalə - Azərbaycanda mərkəzi bankçılığın 100 illik inkişaf yolu
        • Yubiley poçt markası
        • Yubiley pul nişanı
        • Yubileylə əlaqədar jurnalistlər üçün seminar və press-tur
        • Foto qalereya
        • Video qalereya
      • Heydər Əliyev - 100 il
      • Heydər Əliyev - 90 il
      • AR Mərkəzi Bankı – 20 il
    • İnformasiya sorğusu
    • İnzibati işlərə baxan vəzifəli şəxslər
  • İstehlakçıların və investorların hüquqları
    • Fəaliyyət istiqamətləri
    • Müraciətlərə baxılması
    • Vətəndaşların qəbulu
    • Bizimlə əlaqə
    • Əks əlaqə
    • Tez-tez soruşulan suallara cavablar
    • İnfoqrafika
    • Vətəndaş müraciətlərinə dair statistika
    • Avto-icbari sığorta üzrə şikayət indeksi
    • Tədbirlər
    • Təkliflər
    • Ərazi idarələrinə müraciət
  • Maliyyə savadlılığı
  • Beynəlxalq əməkdaşlıq
    • Beynəlxalq təşkilatlarla əməkdaşlıq
    • Mərkəzi banklarla əməkdaşlıq
    • Beynəlxalq tədbirlər
    • AMB tərəfindən təqdim edilən texniki yardımlar
  • İnsan resursları
    • Vakansiyalar
    • İşə müraciət edənlər üçün məlumat
    • Niyə bizə qoşulmalı?
    • İnternatura: Addımlarınıza bizimlə başlayın
  • Məlumatların yayımlanması qrafiki
  • Sual − cavab
  • İstinadlar
  • Naxçıvan Muxtar Respublikası İdarəsi
Press-relizlər
A-A+
Faiz dəhlizinin parametrləri haqqında (ətraflı)

29 iyul 2022-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.

 

Pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilmişdir. Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir.

 

Lakin məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər. Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir.

 

Müxtəlif amillərin çoxistiqamətli təsirləri şəraitində inflyasiya proqnozu demək olar ki, dəyişməz saxlanılmışdır. İnflyasiyanın mövcud dinamikasının davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır.

 

Xarici sektor. Qlobal iqtisadi artımla bağlı qeyri-müəyyənliklər yüksək olsa da, tədiyə balansı baxımından beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır.

 

Ticarət şərtlərinin yaxşılaşması şəraitində tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 dəfə artmışdır. Bu, əsas ixrac məhsullarının dünya qiymətlərinin yüksək olması və qeyri-neft ixrac potensialının reallaşması ilə izah olunur. Brent markalı neftin 1 barelinin orta qiyməti 2022-ci ilin I yarımilliyində 105.4 ABŞ dolları səviyyəsində olmuşdur. Xarici ticarət göstəricilərinin yaxşılaşması ilə yanaşı ölkəyə daxil olan pul baratlarının artması tədiyə balansının profisitini artırmaqdadır. 

 

Əsas ticarət tərəfdaşı olan ölkələrdə pul siyasətinin sərtləşdirilməsi idxal inflyasiyasına azaldıcı təsir göstərə bilər.

 

Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artması davam edir. Bu da orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır. 2022-ci ilin 6 ayında strateji valyuta ehtiyatları 1.8% artaraq 54.2 mlrd. ABŞ dollarına yüksəlmişdir.

 

Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklif kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin azalmasına səbəb olur. Belə ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta satışları üzrə qənaət son 4 ilin maksimum səviyyəsinə çatmışdır. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələmişdir. Banklar tərəfindən valyutanın xalis alışının məbləğı son 7 ilin maksimumu olmuşdur.

 

İqtisadi fəallıq. Ölkədə iqtisadi fəallıq yüksək olaraq qalır və onun perspektivləri ilə bağlı gözləntilər nikbindir.

 

2022-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul real ifadədə 6.2%, o cümlədən qeyri-neft sektoru üzrə 9.6% artmışdır.

 

İqtisadi aktivliyin yüksək qaldığını Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri də təsdiqləyir. Belə ki, iyunda əvvəlki aya nəzərən biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sektorlarında yüksəlmişdir.

 

Məcmu tələbin genişlənməsi müxtəlif sektorlarda özünü fərqli göstərir. 2022-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.9%, qeyri-neft investisiyalarının həcmi isə 18.5% artmışdır. Qeyri-neft ixracı isə 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 25.4% artmışdır.

 

2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin təsdiqlənməsi ilə dövlətin investisiya xərclərinin artırılması II yarımillikdə iqtisadi aktivliyə əlavə dəstək verəcəkdir.

 

İnflyasiya prosesləri. İyunda mövsümi amillərin təsiri ilə deflyasiya baş versə də, baza effektinə görə illik inflyasiyanın yüksəlməsi davam etmişdir.

 

İyunda 0.1%-lik baş vermiş deflyasiya ərzaq qiymətlərinin 1% ucuzlaşması ilə bağlıdır. Təhlillər göstərir ki, cari ilin iyununda son 10 ilin ən aşağı templi deflyasiyası baş vermişdir.

 

İllik inflyasiya 2022-ci ilin iyununda 14.2% (2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nəzərən) təşkil etmişdir. Orta illik inflyasiya isə 12.9% olmuşdur. Baza inflyasiya[1] iyun ayında illik 10.7% təşkil etmiş, orta illik 9.7% olmuşdur.

 

Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. İyunda illik ərzaq inflyasiyası 20.6%, orta illik ərzaq inflyasiyası isə 18.4% təşkil etmişdir.

 

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər iyunda illik 7.4%, orta illik 6.7% artmışdır. Xidmətlər son 1 ildə 10.9% bahalaşmışdır. Orta illik xidmət inflyasiyası 10.3% olub.

 

Ümumilikdə, iyunda illik inflyasiyaya 9 faiz bəndi ərzaq, 1.7 faiz bəndi qeyri-ərzaq, 3.5 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə vermişdir.

 

Xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qalır. Dünya ərzaq qiymətlərinin iyunda 2.3% azalması qarşıdakı aylarda inflyasiyaya azaldıcı təsir edə biləcək amildir.

 

Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. İyunda aparılan sorğulara görə ev təsərrüfatlarının 81.9%-i qiymətlərin artacağını gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə iyunda inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə tikinti, ticarət və xidmət sektorlarında yüksəlmiş, qeyri-neft sənayesində azalmışdır.

 

Mövsümi amillərin iyul və avqustda inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir. İlin sonuna baza amilinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Növbəti ildə isə xarici amillərin əlverişli dəyişimi halında inflyasiyanın tədricən birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.

 

Monetar şərait. Ötən iclasdan bəri monetar şərait əhəmiyyətli dəyişməmişdir. İlin sonuna doğru onun monetar və fiskal siyasətlərin təsiri altında formalaşacağı gözlənilir.

 

İnflyasiyanın başlıca azaldıcı monetar amili olan manatın nominal effektiv məzənnəsi 6 ayda 1.9% möhkəmlənmişdir. İyulda bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edəcəkdir.

 

2022-ci ilin ötən dövründə dövlət büdcəsinin profisiti nəticəsində vahid xəzinə hesabının artımı və Mərkəzi Bankın sterilizasiya əməliyyatları manatla pul bazasının artımına məhdudlaşdırıcı təsir etmişdir. İlin qalan dövründə xəzinə hesabından xərcləmələrin pul təklifinə artırıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Pul təklifinin inflyasiya yarada biləcək hissəsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank sterilizasiya əməliyyatlarını genişləndirməyi nəzərdə tutulur.

 

İllik inflyasiyanın yüksəlməsinə baxmayaraq risksiz pul bazarı alətləri, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində artımlar müşahidə olunmur.

 

Real faiz dərəcələri azalmaya meyil etsə də, manatla yığımlar cəlbedici olaraq qalır. Belə ki, ev təsərrüfatlarının manatla müddətli əmanətləri ilin əvvəlindən 12.7%, son 1 ildə isə 31.3% artmışdır.

 

Maliyyə sektorunda de-dollarlaşma meyilləri davam edir. Qeyri-rezidentlərin əmanətləri istisna olmaqla fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindən 3 faiz bəndi azalmış və iyunun yekunu üzrə 37.5% təşkil etmişdir. Kreditlərin dollarlaşması ilin əvvəlindən 2.8 faiz bəndi azalaraq iyunda 23%-ə enmişdir.

 

2022-ci ilin iyun ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 9.9%, ötən ilin eyni ayına nəzərən isə 23.3% artmışdır.

 

Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması üzrə işlər yekunlaşma mərhələsinə daxil olmuşdur. Bu işlər bir neçə istiqamətdə aparılır. Banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat platformasının təkmilləşdirilməsi və istinad faizi indekslərinin hesablanması metodologiyasının formalaşdırılması nəzərdə tutulur. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi istiqamətində daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətlərinin işə salınması və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidinin genişləndirilməsi planlaşdırılır. Məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması həm banklararası bazarda tələbin canlandırılması, həm də pul təklifi üzərində nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

 

Eyni zamanda kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə bir sıra makroprudensial qərarlar qəbul edilmişdir. Bunlara əsasən aktivlərin təsnifləşdirilməsi və kredit riskləri ilə bağlı yeni qaydaların tətbiqi aiddir. Son makroprudensial qərarlar həm maliyyə sabitliyinin qorunması baxımından vacibdir, həm də məcmu tələbi azaltmaq potensialı yaradır.

 

Risklər balansı. İnflyasiya riskləri qısa və orta müddətli dövrlər üzrə fərqlidir.

 

Qısamüddətli dövr üzrə başlıca risklər dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yenidən artması, tərəfdaş ölkələrdə inflyasiyanın artmaqda davam etməsi aiddir. Geosiyasi gərginliyin daha da yüksəlməsi və COVİD-19-a yoluxma hallarının artmasının ardınca dünyada sosial təcrid məhdudiyyətlərinin tətbiqi daşınma-logistika proseslərini yenidən çətinləşdirə bilər. Aparıcı ölkələrdə pul siyasətinin sərtləşməsi və qlobal iqtisadiyyatda fəallığın azalması əmtəə və maliyyə bazarlarında dəyişkənliyi yüksəldə bilər.

 

Orta və uzunmüddətli dövrdə isə inflyasiyanın dinamikası məcmu tələbin effektiv idarə edilməsindən və valyuta bazarındakı tarazlığın qorunmasından asılı olacaqdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq tətbiq olunacaq qayda əsaslı fiskal siyasət və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi ortamüddətli dövrdə inflyasiya risklərini idarə etməyə imkan verəcəkdir.

 

Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə və ölkə daxilində gedən proseslər, antiinflyasiya siyasətinin nəticələri nəzərə alınmaqla qəbul ediləcəkdir.

 

Bu qərar 29 iyul 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il sentyabr ayının 16-da veriləcəkdir.

 

 

[1] Baza inflyasiya dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərin qiymətlərinin dəyişimindən və mövsümi amillərdən təmizlənmiş inflyasiya nəzərdə tutulur.

 


29.07.2022
Hökumət Ödəniş Portalı
MALİYYƏ MƏHSUL VƏ XİDMƏTLƏRİNİN məlumat-axtarış sistemi
Virtual Təhsil Platforması
Problemli kreditlər
Elektron Statistik Baza
2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası
Daşınar əmlakın yüklüyünün dövlət reyestri
Nağdsız hesablaşmalar üzrə nominasiya
Rəqəmsal ödənişlər üzrə infoqrafika
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya
  • Pul siyasəti
    • Pul siyasəti icmalı
    • Pul siyasətinin əsas istiqamətləri
    • Pul siyasəti qərarları
    • Pul siyasəti alətləri
  • Ödəniş sistemləri
    • Ödəniş və hesablaşmalar sistemləri
    • Reqlament və tariflər
    • İştirakçılar
    • Ödəniş sistemləri üzrə standartlar
    • Rəqəmsal ödənişlərin inkişafı
    • Ödəniş sistemlərinə nəzarət
    • Rəqəmsal ödənişlərin stimullaşdırılması
    • İcmal və infoqrafika
  • Milli pul nişanları
    • Milli pul nişanlarının tarixi
    • Tədavüldə olan pul nişanları
    • Yubiley və xatirə pul nişanları
    • Tədavüldən çıxarılmış pul nişanları
    • Pul nişanları üzrə hüquqi baza
    • Nağd pul dövriyyəsi
    • Saxta pul nişanları
  • Statistika
    • Statistik bülleten
    • Makroiqtisadi statistika
    • Pul-kredit statistikası
    • Xarici sektorun statistikası
    • Maliyyə sektorunun statistikası
    • Ödəniş sistemlərinin statistikası
    • Statistik hesabatların yayımlanması qrafiki
  • Nəşrlər və tədqiqatlar
    • İllik hesabat
    • Maliyyə sabitliyi hesabatı
    • Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi
    • Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri
    • Ekonometrik modellər
    • Sahələrarası maliyyə axınlarının təhlili
Ünvan

AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90,


Əlaqə nömrələri

(+994 12) 493 5058, 493 1122

Faks

(+994 12) 493 5541

Mətbuat üçün

(+994 12) 493 1122 (572)

Sorğu platformasıOnlayn müraciət Qaynar xətt

© 2023 Bütün hüquqlar qorunur.