03.03.2026-cı il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 fevral 2026-cı il tarixli Qərarına əsasən adı siyahıda qeyd olunmuş (siyahı əlavə olunur) 1 (bir) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilmişdir.
İdarə Heyətinin eyni tarixli Qərarı ilə Qanunun 107.1.2-ci maddəsinə əsasən lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, adları siyahıda qeyd olunmuş (siyahı əlavə olunur) 4 (dörd) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.2-ci maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin
SİYAHISI
№ | Sığorta agentinin adı | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN | Ləğvin hüquqi əsası |
1 | Eminov Namiq Şirin oğlu | 19.03.2014 | 080549 | 2902965322 | “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə |
2 | Quliyev Fərhad Tofiq oğlu | 23.09.2019 | SA-0165 | 3103149222 | “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə |
3 | Mahmudov Kənan Aydın oğlu | 21.05.2014 | 080584 | 7200326312 | “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə |
4 | Nəsibov Asim Əlzamin oğlu | 28.06.2012 | 000703 | 5700298302 | “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə |
5 | Xudazarov Niyaz Mecid oğlu | 11.09.2015 | 080716 | 1201404222 | “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.2-ci maddə |