30.04.2026-cı il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 29 aprel 2026-cı il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 1 (bir) hüquqi şəxsə və 2 (iki) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin
SİYAHISI
№ | Sığorta agentinin adı | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN |
1 | “Z Corporation” MMC | 11.01.2021 | SA-0211 | 1504905251 |
2 | Əliyev Eldar Nəbi oğlu | 13.11.2010 | 000381 | 1501093872 |
3 | Muradova Röya Xalıqverdi qızı | 12.01.2024 | SA-0310 | 2008325562 |