15.05.2026-cı il, Bakı: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.1-ci maddəsinə əsasən Qanun əsasında verilmiş təqdimatın vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2026-cı il tarixli Qərarı ilə “CİB Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 dekabr 2022-ci il tarixli, SA-0264 nömrəli lisenziyanın qüvvəsi 3 (üç) ay müddətinə dayandırılmışdır.
Azərbaycan Respublikası Mərkəzi Bankının eyni tarixli Qərarı ilə Qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) 1 (bir) hüquqi şəxs olan sığorta brokeri, 2 (iki) nəfər fiziki şəxs olan sığorta brokeri və 7 (yeddi) nəfər fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi 1 (bir) ay müddətinə dayandırılmışdır.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin
SİYAHISI
№ | Sığorta vasitəçisinin adı | Fəaliyyət növü | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN |
1 | Əliyev Rasim Balo oğlu | Agent | 24.01.2014 | 080507 | 8300098342 |
2 | Hacılı Elşən Sakin oğlu | Agent | 07.06.2023 | SA-0287 | 1007981582 |
3 | Həsənov Anar Əflatun oğlu | Agent | 18.06.2019 | SA-0152 | 2003661362 |
4 | İbrahimov Ramil Tofiq oğlu | Agent | 29.12.2020 | SA-0191 | 2001497122 |
5 | İsmayılov Fuad Beytxan oğlu | Broker | 22.06.2009 | 000183 | 1401564242 |
6 | Lütfəliyev Qadir Şahin oğlu | Agent | 25.05.2023 | SA-0286 | 1905459122 |
7 | Mahmudov Mirmehdi Mircəlal oğlu | Agent | 28.06.2012 | 000694 | 1502073102 |
8 | Şıxı Əbülfəz Müslüm oğlu | Broker | 14.07.2011 | 000455 | 1501584972 |
9 | Vəliyeva Turanə Rəşid qızı | Agent | 29.05.2025 | SA-0380 | 1906224402 |
10 | “Sizin Sığorta Brokeri” MMC | Broker | 02.10.2017 | SB-002 | 1304432171 |