19 iyun 2026-cı il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı cari ilin iyun ayının 22-dən etibarən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binada fəaliyyətini davam etdirəcəkdir.
Həmin tarixdən etibarən Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binada bütün sənədlərin qəbulu dayandırılmaqla yeni ünvanda həyata keçirilməyə başlanacaqdır.
Məlumat üçün bildiririk ki, qeyd olunan yeni ünvan eyni zamanda Mərkəzi Bankın hüquqi ünvanı hesab olunur.
