17.07.2026-cı il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 111.1-ci maddəsinə müvafiq olaraq lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 17 iyul 2026-cı il tarixli, 09 nömrəli Qərarı ilə “CİB Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta agenti fəaliyyətinə verilmiş 01 dekabr 2022-ci il tarixli, SA-0264 nömrəli lisenziyanın qüvvəsi bərpa edilmişdir.