20.08.2026-cı il, Bakı: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 18 avqust 2026-cı il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 1 (bir) hüquqi şəxs olan sığorta brokerinə, 1 (bir) nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 (iki) nəfər fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta vasitəçilərinin
SİYAHISI
№ | Sığorta vasitəçisinin adı | Fəaliyyət növü | Lisenziyanın tarixi | Lisenziyanın nömrəsi | VÖEN |
1 | “Sizin Sığorta Brokeri” MMC | Broker | 02.10.2017 | SB-002 | 1304432171 |
2 | İsmayılov Fuad Beytxan oğlu | Broker | 22.06.2009 | 000183 | 1401564242 |
3 | Əliyev Rasim Balo oğlu | Agent | 24.01.2014 | 080507 | 8300098342 |
4 | Mahmudov Mirmehdi Mircəlal oğlu | Agent | 28.06.2012 | 000694 | 1502073102 |