13.10.2026-cı il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahibinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 13 oktyabr 2026-cı il tarixli Qərarına əsasən Rəhimli Xədicə Tərlan qızına sığorta agenti fəaliyyətinə verilmiş 07 avqust 2015-ci il tarixli, 080682 nömrəli lisenziya ləğv edilmişdir.