16 noyabr 2026-cı il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımov 16 noyabr tarixində Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Sədr çıxışında 2026-cı ilin ötən dövr üzrə makroiqtisadi vəziyyət və ortamüddətli dövrə proqnozlar barədə məlumat verib. O vurğulayıb ki, növbəti il və ortamüddətli dövr üzrə təqdim edilmiş dövlət və icmal büdcə layihələri ölkənin makroiqtisadi sabitlik və iqtisadi inkişaf hədəfləri ilə uzlaşır. Eyni zamanda sədr makroiqtsadi hədəflərə nail olunması üçün fiskal siyasətlə pul siyasətinin effektiv koordinasiyasının mühüm əhəmiyyət daşıdığını, öncəki illərdə olduğu kimi növbəti ildə də sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Taleh Kazımov 2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin qiymət sabitliyinin təmin olunmasına yönəldiləcəyini ifadə edib. O, qarşıdakı dövrdə maliyyə sektorunun bütün seqmentlərində sabitliyin qorunması üçün risklərin qabaqlayıcı şəkildə müəyyən edilməsi, institusional potensial və nəzarət mexanizminin gücləndirilməsinin diqqətdə saxlanılacağını söyləyib.