HomeSiteMapTwitter

Vadim Ələddin oğlu XUBANOV

Mərkəzi Bankın sədrinin müavini
Qəbul günləri: Hər ayın son cümə axşamı/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22 (448)
  • 1963– cü ildə Moskva şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1985– ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
  • Əmək fəaliyyətinə 1985– ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır.
  • 1985– ci ildən 1987 – ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
  • 1987–ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon (Səbail rayon) şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində işləmişdir.
  • 1991– ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 
  • 1992– ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir.
  • 1993– cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995 – ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində işləmişdir.
  • 1996– cı il iyunun 14 – dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24 – dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
  • 2001–ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2006–ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2012-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.
  • Ailəlidir, 2 övladı var.