HomeSiteMapTwitter

Akşin Vəzir oğlu Vəliyev

Mərkəzi Bankın Baş direktoru
Qəbul günləri: Hər ayın son çərşənbə günü/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22 (227)
  • 1965-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1985-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə bitirmişdir.
  • 1983-cü ildən 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
  • Əmək fəaliyyətinə 1988-ci ildə “Sovavto-Bakı” Beynəlxalq yükdaşımaları üzrə avtonəqliyyat müəssisəsində iqtisadçı vəzifəsində başlamışdır.
  • 1990-cı ildən 1994-cü ilədək aspiranturada qiyabi təhsil almışdır.
  • 1991-ci ildən 1992-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda baş iqtisadçı vəzifəsində işləmişdır.
  • 1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Milli Bankının Mərkəzi Əməliyyat İdarəsində Beynəlxalq Hesablaşmalar şöbəsinin iqtisadçısı, rəis müavini və Əməliyyat İdarəsinin baş mühasibi vəzifələrində çalışmışdır.
  • 2000-ci ilin iyun ayından Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi, direktor müavini vəzifələrində işləmişdır.
  • 2003-cü ildən iqtisad elmləri namizədidir.
  • 2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2008-ci ilin mart ayından Azərbaycan Respublikası Milli Bankının Xəzinə departamentinin direktoru-baş xəzinədar vəzifəsində işləmişdir.
  • 2010-cu ilin aprel ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
  • Ailəlidir. 2 övladı var.