Zədələnmiş pul nişanlarının dəyişdirilməsi qaydası
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
Nümunə üçün şəkil
Nümunə üçün şəkil
Nümunə üçün şəkil
Hesablama metodu
Kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bərabər ölçülü 200 damalı cədvəldən istifadə olunur. Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissələrinin sahəsi aşağıdakı kimi müəyyən edilir:
Qeyd: Banklar aşkar etdiyi həqiqiliyi şübhə doğuran və ya bir neçə hissədən ibarət səthinin ən az 60%-ni və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış, lakin hissələrin eyni əskinasa məxsus olduğu müəyyənləşdirə bilinməyən milli pul nişanlarını üç iş günündən gec olmayaraq Mərkəzi Banka və ya onun qurumlarına ərizə ilə təqdim edirlər.
Pul nişanlarının dəyişdirmə məntəqələri
Ölkə üzrə:
Mərkəzi Bank tərəfindən təyin edilmiş operator banklar və onların filialları – “ABB” ASC və “Kapital Bank” ASC.
Ölkə ərazisində fəaliyyət göstərən digər kommersiya bankları və onların filialları.
İş saatı: I, II, III, IV, V günlər: saat 10:00-16:00
Mərkəzi Bankın ərazi idarələri üzrə:
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
İş saatı: Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Qeyd: Mərkəzi Bank və operator banklar tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.