1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təsərrüfat və azqiymətli malların satın alınması üzrə açıq tender keçirir.
Tender proseduru 31 yanvar 2019-cu il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə Azərbaycan dilində tender təklifi (tender təklifi 15 mart 2019-cu il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış;
- iddiaçıların son 2 (iki) il ərzində təsərrüfat və azqiymətli malların satışı sahəsində təcrübəsinin olması və əsas korporativ müştəriləri barədə məlumatlar. Son 2 (iki) il ərzində xidmət göstərilən müştərilərin adları və göstərilən işlərin açıqlaması verilməlidir;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 30 yanvar 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 21 yanvar 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə kənarlaşdırılacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
kod 501004, VÖEN 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Malların təqdim edilmə müddəti: satınalma müqaviləsi imzalandığı gündən sifariş əsasında 1 (bir) il müddətində.
7. Qiymətləndirmə meyarları: maliyyə amili və korporativ müştərilərin sayı.
8. Tenderdə iştirak etmək istəyən İddiaçılar iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov (Hüquq departamenti). Telefon: 493-11-22, daxili (428)
Zöhrab Səfərəliyev (İnzibati departament). Telefon: 493-11-22, daxili (101).
Tender komissiyası