1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
- 1-ci lot üzrə tenderin predmeti: istismarda olan kritik informasiya sistemlərinin (Baş mühasibat sistemi, Nağd pulun idarəetmə sistemi, Elektron statistik baza və analitik hesabatlıq sistemi, Portfel idarəetmə sistemi, Elektron imza üzrə sertifikasiya sistemi) vahid virtual infrastrukturda qurulması;
- 2-ci lot üzrə tenderin predmeti: kompüter, printer, şəbəkə avadanlıqlarının və proqram təminatlarının satın alınması;
- 3-cü lot üzrə tenderin predmeti: istismarda olan kompyuter avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması.
Tender proseduru 10 aprel 2019-cu il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 23 may 2019-cu il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
- Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat (2-ci və 3-cü lotlar üzrə iştirak edən iddiaçılar üçün);
- iddiaçının müvafiq sahə üzrə ən azı iki illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);
- Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar və sənədlər.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 09 aprel 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 29 mart 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üzrə 250 (iki yüz əlli) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.
5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.
6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7. Malların təchizatı və işlərin görülməsi müddəti:
- 1-ci lot üzrə: satınalma müqaviləsi imzalandığı gündən ən geci 6 (altı) ay ərzində.
- 2-ci lot üzrə: satınalma müqaviləsi imzalandığı gündən ən geci 45 (qırx beş) bank günü ərzində.
- 3-cü lot üzrə: Sifarişçinin sifarişi əsasında 1 (bir) il ərzində.
8. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.
9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasından hər bir lot üzrə Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tenderin əlaqələndirici şəxsi: Elman Muradov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-55-41, elektron poçt ünvanı: elman_muradov@cbar.az.
Tender komissiyası