Qəbul günləri: Hər ayın son cümə günü/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22 (195)
1977-ci ildə – Masallı rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlamışdır.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini vəzifəsində işləmişdir.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktoru müavini vəzifəsində işləmişdir.
2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində “İqtisadi siyasət” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində işləmişdir.
2012–cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2013-cü ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.