Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilmiş, tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılmışdır.
Yeni nümuməli pul nişanlarının nominal strukturu 6 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.
Bir manat 100 (yüz) qəpikdən ibarətdir.
Azərbaycan manatının simvolu AZN, beynəxalq ISO kodu 994-dür.
Yeni pul nişanlarının dizaynı vahid konsepsiya əsasında hazırlanmış, dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmiş, Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.