Mərkəzi Bank tərəfindən ödəniş ekosisteminin rəqəmsal transformasiyası və inkişaf perspektivlərinə həsr olunmuş tədbir keçirilib
8 may 2026-cı il: Mərkəzi Bank tərəfindən banklar və fintex təşkilatlarının nümayəndələrinin iştirakı ilə ödəniş ekosisteminin rəqəmsal transformasiyası və inkişaf perspektivlərinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində rəqəmsal ödəniş alətlərinin tətbiqinin genişləndirilməsi, Ani Ödənişlər Sistemi (AÖS) üzrə inkişaf dinamikası və gələcək inkişaf planları, AZQR ödənişləri, açıq bankçılıq həlləri, o cümlədən banklar və fintexlər üçün yeni imkanlar əsas müzakirə mövzuları olub. Bu sahədə mövcud yanaşmalar, qarşıda duran çağırışlar və inkişaf perspektivlər...



















