Mərkəzi Bank tərəfindən Gəncə şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır
17 iyul 2026-cı il, Bakı: Mərkəzi Bank tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təşəbbüslər davam etdirilir. Belə ki, 20.07.2026-cı il tarixindən 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində də (Ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 784) Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcəkdir. Bu yanaşma qəbul prosesində vaxt itkisinin azaldılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bak...




















