Azərbaycanın Açıq bankçılıq uğuru beynəlxalq ictimaiyyətə təqdim olunub
16 iyun 2026-cı il, Bakı: Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı və Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı ilə “Açıq bankçılıq: Azərbaycan təcrübəsi” (Open Banking: Azerbaijan Experience) mövzusunda beynəlxalq vebinar keçirilib. Vebinar zamanı Azərbaycanın Açıq bankçılıq üzrə təcrübəsi bir sıra beynəlxalq nümunələrlə müqayisədə daha sürətli və effektiv icra olunduğu vurğulanıb. Qısa müddət ərzində ekosistemin əsas iştirakçıları olan bütün bankların Açıq Bankçılıq ekosisteminə qoşulması və platformada aktiv fəaliyyət göstərm...



















