Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək
26 avqust 2026-cı il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur. Növbəti səyyar qəbul 2 sentyabr 2026-cı il tarixində Şamaxı rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul İsmayıllı, Ağsu, Qobustan, Şamaxı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir. Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən v...



















